Skip to main content


Çox ciddi bir təhdid!

Allah təala bütün qullarına rəhmətlə yaxınlaşaraq əmr, qadağa və tövsiyyələrinin hamıya çatmasını istəyir. Bunun üçün də insanlara peyğəmbərlər göndərir. Bu peyğəmbərlərinə də təbliğ vəzifəsi verərkən bu vəzifəni yerinə yetirməmələri halında nəylə qarşılaşacaqlarını öncədən xəbər verir: “Ey Elçi! Rəbb`indən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan”. (Maidə 67)

Peyğəmbərlərin izindən getməklə cavabdeh olan bizim də təbliğ vəzifəmizi ən yaxşı şəkildə yerinə yetirməmiz lazımdır. Bu məsələdə təmbəlliyə yol verilməsinin qarşılığı acı nəticələr doğuracaqdır.

Sübhənallah! Dəvət vəzifəsini yerine yetirməyənlərə iki ayrı təhdid nazil olmuşdur. Həm əzab enəcək həm də, o əzabın uzaqlaşması üçün dualar qəbul edilməyəcək.

Bu iki təhdiddən qurtulmağın bir yolu vardır: “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməllərdən çəkindirən bir topluluq çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Əli İmran 104)

Burada İslam dəvətçiləri olaraq bizlər ya bu səhifəyə adımızı yazdırmaq üçün iş görəcək ya da öz əllərimizlə əzabın üzərimizə çökməsi üçün zəmin hazırlayacağıq. Bu gün biz öz vəzifəmizi həqiqi mənada edə bilmirik. Ya da etmirik. Bütün insanlıq cəhənnəmə doğru gedərkən tamaşaçı qalırıq. Sabah axirətdə “Ya Rabbim! Sənin dəvətçilərin vəzifələrini etmədilər” dedikləri zaman nə cavab verəcəyik? Dünyadakı əzab gəlib geçicidir desək belə axirətdə Allah`ın hüzurunda rüsvay olacayıqmı?

Bəli. Sevimli gənclər bizlər özümüzün peyğəmbərlərin arxasınca getdiyimizi iddia ediriksə Allah`ın peyğəmbərimiz salləllahu əleyhi və səlləmə dediyi “Qalx və xəbərdar et” əmrini ağlımızdan çıxarmamalı və həyatımızı İslami dəvətə görə proqramlaşdırmalıyıq. Unutmayaq ki, nəfəs alan hər insana bir yol tapib dinimizi çatdırmalıyıq.

Seyyid Qutub rahimhullah demişdir: “Ya bizlər bu dini insanlara çatdıracağıq qəbul etməyib dünya və axirətlərini pərişan edəcəklər. Ya da dinimizi çatdırmayacağıq və sabah cavabdeh də bizlər olacağıq”.

Bəli gənclər! Başımızı dünya məşqələsindən qaldırıb cəhənnəmə doğru qaçaraq gedən bu insanlara dinimizi çatdıraq və Allah`dan savab gözləyək.