Skip to main content


Peyğəmbər sevgisi

Açıqlama

əd-Davudi belə demişdir: “Ömər bu mərtəbəyə çatdığına əmin olmadığından Allah adına yalan yerə and verməmək üçün əvvəlcə özünü istisna etmişdi. Allah Rəsulu salləllahu əleyhi və səlləm ona lazım olanı deyincə özünü bir daha yoxlamış, peyğəmbəri öz nəfsindən də çox sevdiyinə qəti qərar vermiş və and içmişdir”.

Xattabi belə demişdir: “İnsanın özünü sevməsi normaldır. Bir başqasını sevməsi isə səbəblərə bağlı və ixtiyaridir. Allah Rəsulu salləllahu əleyhi və səlləm insanın təbiətini dəyişdirmək və çevirmək mümkün olmadığı halda, ixtiyari bir sevgi istəmişdir”.

Bu qənaətə gəlindiyi üçün belə demək olar ki, Ömərin ilk verdiyi cavab insan təbiətinə uyğundur. O daha sonra düşünüb, bir neçə dəlili götür-qoy etdikdən sonra peyğəmbər salləllahu əleyhi və səlləmi özündən də çox sevdiyini anlamışdı.

Bu hədisi rəvayət edən səhabələrə çox təşəkkür edirik;

Bu hədisi oxuduqdan sonra bu dərsləri çıxartdım:

1-Peyğəmbərimiz salləllahu əleyhi və səlləm Ömər radıyallu anhunun özünə olan sevgisində bir azalma olduğunu görməmişdir. Yəni, o dəqiqəyə qədər nəfsi xaricindəkilərdən daha çox sevmiş olması problem yaratmamışdır. Buna baxmayaraq bu sevgi əksik görülmüşdür.

2-Peyğəmbər salləllahu əleyhi və səlləmə olan imanın kamil olması üçün nəfs daxil hər şeydən üstün tutulmasını bilməmək üzür qəbul edilməsəydi peyğmbərimiz salləllahu əleyhi və səlləm Ömər radıyallahu anhuya kəlimeyi şəhadət gətirməsini əmr edərdi. Burada təkfirçiliyə ciddi bir rəddiyə var.

3-Ortada bir məlumat əksikliyi varsa gecikdirmədən deyilməlidir. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm xəbərdarlığı başqa bir günə saxlamadı.

4-Ömər radıyallahu anhu işin əhli olan bir insandan deyilən xəbərdarlığı eşitdiyi zaman “bu haqda düşünərəm” deyə qarşılıq vermədi. Deməli xəbərdarlıq işin əhli olan birisindən gəlirsə həmin dəqiqə qəbul edilməlidir.

Peyğəmbərimiz salləllahu əleyhi və səlləmi nəfsimizdən də çox sevmək duasıyla.