Din asanlıqdır

Açıqlama: Dinin asan olması;

Peyğəmbər salləllahu əleyhi və səlləmin “Din asanlıqdır” sözü İslam dinində asanlıq olduğunu ifadə etməkdədir. Yaxud da İslam dini digər dinlərlə müqayisədə mübaliğə məqsədiylə “asanlıq” deyə adlandırılmışdır. Çünki Uca Allah, əvvəlki ümmətlərdə rast gəlinən bir neçə ağır hökmləri bu ümmətdən uzaqlaşdırmışdır.

Bunun ən böyük nümunəsi budur: Əvvəlki ümmətlərin tövbəsi özlərini öldürmək idi. Bu ümmətin tövbəsi isə günahı tərk etmək, gələcəkdə onu etməmək və işlənən günahdan peşmanlıq hiss etməklə olur.

“Allah`ın ən sevdiyi din, asanlıq və dözümlükdür” sözündəki din kəlməsi “dinin xislətləri” anlamında qeyd edilmişdir. Çünki dinin özəlliklərinin hamısı sevilir. Ancaq bunlardan asan olanlar Allah tərəfindən daha çox sevilir.

Əhməd ibn Hənbəlin səhih bir sənədlə rəvayət etdiyi bu hədisdə bunu göstərməkdədir: “Dininizin ən xeyirlisi ən asan olanıdır”. Digər bir ehtimala görə buradakı din kəlməsi cinsdir. Buradakı hədisin anlamı bu şəkildə olur: “Allah`ın ən çox sevdiyi din Həniflikdir”.

Buradakı dinlərdən qəsd dəyişdirilmə və nəsx edilməmişdən əvvəlki köhnə şəriətlərdəndir. Həniflikdən qəsd isə İbrahim peyğəmbərin dinidir. “Hənif” kəlməsi sözlükdə İbrahimin dinindən olanlara verilən addır.

İbrahim peyğəmbər batildən haqqa meyl etdiyi üçün ona hənif deyilmişdir. Çünki hənif sözünün əsl mənası “meyl etmək”-dir. Yəni bu din asanlıq üzərə bina edilmişdir. Çünki Allah təala belə buyurmuşdur:

O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. (Həcc 78)

Dini çətinləşdirmək:

“Dini çətinləşdirənlər məğlub olarlar” ifadəsi belə mənaya gəlir ki, bir kimsə dini əməllərdə dərinləşdiyi halda yumuşaqlığı tərk edərsə aciz hala gələr, əməl etməkdən boyun qaçırar və məğlub olar.

İbn Müneyyir belə demişdir. Bu hədis peyğəmbərlik möcüzələrindən biridir. Biz və bizdən öncəkilər dində ifrata varanların yarı yolda qaldığını gördük. Bu hədisdə qəsd edilən, ibadətdə ən üstün dərəcələri tələb etməyi əngəlləmək deyildir.

Çünki bu bəyənilən şeydir. Burada ifratın nəticəsi olan cansıxıcı əməllər qadağan olunmuşdur. Yaxud da daha fəzilətli əməli tərk etməyi və nafilə ibadətlə məşğul olmaq da qadağan olunmuşdur. Belə ki, gecənin bütününü namaz qılaraq keçirən insana yuxusu qalib gələr və gecənin sonunda yuxulayarsa fəcr namazında camaata çata bilməz, yaxud namazın qılına biləcəyi normal vaxt keçincəyə qədər yatar, ya da günəş doğuncaya qədər fərzin vaxtını qaçırar.

Əhməd ibn Hənbəlin rəvayət etdiyi Mihcən ibn Ərda hədisi belədir: “Siz bu işə mübaliğə ilə çata bilməzsiniz, dininizin ən xeyrlisi asanlıqdır”. Bu hədisdən dindəki rüxsətlər əsas alınmasına bir işarət var.

“Orta yolu tutun”; yəni ifrata varmadan doğru yola yönəlin.

“(Əlinizdən gələnin) ən yaxşısını etməyə çalışın”; yəni ən mükəmməlini edə bilmirsinizsə heç olmasa ona yaxın olanını etməyə çalışın.

“O zaman müjdələr olsun”; yəni az da olsa davamlı əməl olması səbəbiylə sevinin. Bu söz ilə mükəmməl əməli edə bilməyən insanların müjdələnməsi nəzərdə tutulmuşdur.

“Günün başlanğıcından faydalanın”; yəni ibadəti dinc olunan zamanlarda davamlı olmasına çalışın.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.