Özü üçün istədiyini qardaşı üçün də istəmək

Açıqlama;

Hədisdə yer alan “iman etmiş olmaz” sözü ilə qəsd edilən imanın kamil olmamasıdır. Ərəblər bir şeyin mükəmməl olmadığını bildirmək üçün, həmin şeyin ümumiyyətlə olmadığını deyirlər. “Filankəs insan deyil” sözüdə bu mənada işlədilir.

İbn Hibban İbn Əbi Adiyy yolu ilə Hüseyn əl-Muallimdən rəvayət etdiyi hedisdə bundan nə qəsd edildiyini açıqlamışdır. Bu hədisin ləfzi belədir “Qul özü üçün istədiyini qardaşı üçün də istəmədikcə imanın həqiqətinə çata bilməz”. Buradakı həqiqətdən qəsd, imanın kamilliyidir. Çünki bu xüsusiyyətə sahib olmayan insan kafir olmaz.

“Özü üçün sevdiyi” ifadəsindəki sevgi, insanın yaxşı olduğuna inandığı şeyi istəməsidir. Nəvəvi belə demişdir: “Sevmək, sevən insanın özünə uyğun olan şeyə meyl etməsidir”.

Burada meyl təbii meyl deyil, istəyə bağlı meyl qəsd edilmişdir. Yenə burada insanın özü üçün hasil olan şeyin özü deyil, bənzərini qardaşı üçün istəməsi qəsd edilmişdir. Bu, həm konkret həm də mücərrəd şeylər üçün keçərlidir. Burada, insanın öz əlində olan şeyin ondan alınması və ya ona aid olmaqla yanaşı qardaşına verilməsi qəsd edilməmişdir.

Əbu`z-Zinad ibn Sirac belə demişdir: “Hədisin zahiri, insanın başqası ilə eyni olmasını tələb etməsini ifadə etməkdədir. Həqiqətdə isə bu, başqasını daha üstün tutmaq deməkdir. Çünki hərkəs başqasından daha üstün olmaq istəyir. İnsan bunun bənzərini qardaşı üçün istədiyində, qardaşını özündən üstün tutmuş olur”. Kai İyad da bunu qəbul etmişdir. Halbuki bu müzakirə olunmalıdır. Hədisin qayəsi təvazökarliğa təşviq etmək, başqasından daha üstün olmağı istəməməyə yönləndirməkdir. Bu isə bərabərliyi gərəkdirir. Bu məna aşağıdakı ayədə də göstərilmişdir:

Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. (Gözəl) aqibət müttəqilərindir. (Qasas 83)

Bu hal ancaq qısqanclıq, hirs, kin və hiyləni tərk etməklə reallaşır. Bunların hamısı bəyənilən xüsusiyyətlərdi.

Kirmani demişdir “Özü üçün nifrət etdiyi pislikdən qardaşı üçün də nifrət etmək də imandandır”. Hədisdə bu zikr edilməmişdir. Çünki bir şeyi sevmək, ziddindən nifrət etməyi gərəkdirir. Sevgi ilə əlaqəli xüsus zikr edildiyində nifrət zikr edilməmişdir.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.