Skip to main content


Dində anlayış sahibi olmaq

Açıqlama:

Bu hədis üç hökmdən ibarətdir:

1- Dində anlayış sahibinin fəziləti

2- Mal və mülkü verənin həqiqətdə Allah olduğu

3- Bu ümmətin bir bölümünün qiyamətə qədər haqq üzərində sabit qalacağı

Birinci həqiqət elm mövzusuna, ikinci həqiqət sədəqələr (zəkat və s.) mövzusuna, üçüncü həqiqət qiyamətin əlamətləri ilə əlaqəli bölümünə uyğundur.

“Allah`ın əmri gəlincəyə qədər” sözündə yer alan “Allah`ın əmri” qəlbində imandan bir şey olanların ruhunu çəkib alacaq olan küləkdir ki, bundan sonra yer üzündə insanların ən pisləri qalacaq, qiyamətdə onların üzərində qopacaqdır.

Bunların üçü də bir başa elmlə əlaqəlidir. Çünki, bu hədisdə Allah`ın dinində anlayış sahibi və dərin fiqhi biliyə sahib olan insanlardan bəhs edilir və bu sifətlər ancaq insanların səy göstərməsiylə qazanılmaz, əksinə Allah`ın nəsib etdiyi insanlar buna sahib olacaq, buna sahib olanlar isə qiyamətə qədər mövcud olacaq.

Buxari bu hədisdə nəzərdə tutulan şəxslərin hədis alimləri olduğunu bildirmişdir.

Əhməd ibn Hanbəl demişdir: “Burada qəsd edilənlər hədis alimləri deyilsə başqa kim ola bilər?!”.

Kadi İyad demişdir: “Əhməd ibn Hənbəl bununla əhli sünnət və hədis alimləri kimi insanların nəzərdə tutulduğunu demişdir.”.

İmam Nəvəvi demişdir: “Bunların mücahid, fəqih, mühəddis, zahid, yaxşılığı əmr edən və sair kimi xeyir əməlləri edən möminlərdən bir qrup olması təxminidir. Bunların bir yerdə toplanmış olması şərt deyildir. Ayrı-ayrı olmaları da mümkündür”.

Bu hədisdən çıxan nəticələr bunlardır;

Dində anlayış sahibi olmayan, yəni İslamın təməl qaydalarını və bunlarla əlaqəli fiqhi hökmlərini öyrənməyən insanlar xeyirdən məhrum olmuşlar və alimlər digər insanların üzərində bariz bir şəkildə üstünlüyə malikdirlər.