Dünya və axirət müqayisəsi

Səhl radiyallahu anhu Allah Rəsulu salləllahu əleyhi və səlləmin “Cənnətdə bir qarış yer dünya və dünyadakı hər şeydən daha yaxşıdır” buyurduğunu rəvayət etmişdir.

Açıqlaması:

Müəllifin “Dünya və axirət müqayisəsi” ifadəsi Müslim, Tirmizi və Nəsainin Qeys İbn Hazim-Müstəvrid İbn Şəddadin (Müstəvrid Allah Rəsuluna qədər çatmışdır) yolu ilə rəvayət etdikləri “Allaha and olsun ki, dünya axirətə nisbətdə ancaq budur: “Sizdən biri barmağınızı suya batirib çıxarandan sonra əlində nə qədər su qalır?” hədisinin bu qismindən ibarətdir. Buxarinin qeydinə görə bu rəvayətin sənədi təbii bir rəvayətə yaxındir.

Qurtubi demişdir: “Bu “Dünya malları az bir şeydir” ayətinə bənzəyir. Buradaki “az” ifadəsi də dünya həyatina nisbətlidir. Axirətə nisbətlə isə dünya malının heç bir dəyər və qiyməti yoxdur. Biz bənzətmə və ağıla yaxınlaşdırmaq üçün bu ifadəni burada istifadə etmişik. Yoxsa ki, sonu olan ilə sonu olmayan arasında bir müqayisə etmək əsla mümkün deyil. “Əlində nə qədər su qalır?” ifadəsi də buna işarə edir. Belə ki, barmaqda qalan su necə ki, dəyər ifadə etmirsə, dünya da axirətə nisbətdə dəyərsizdir. Nəticə etibarilə dünya dənizə batırılıb çıxarilan barmağa yapişan su (islaqlıq), axirət isə bütün dənizin suyudur”.

İnb Atiyyə emişdir: “Bu ayədə dünya həyatı ilə dünyaya aid qənaətlər nəzərdə tutulub, amma dünyada edilən ibadətlər, həyatı davam etdirmək və ibadətləri yerinə yetirmək vacib bir şey olaraq göstərilmişdir. “Ziynət” əşyayı bəzəyən və gözəlləşdirən bir şeydir, amma əşyanın əslindən deyil. “Qururlanmaq” ərəblərin adəti olan nəsil ilə fəxr etmək mənasında istifadə olunub. “Sərvətin çoxluğu” kəlməsinin əlaqəsi ayədə yer almaqdadır. Bənzətmə isə bu şəkildədir; İnsan anadan olur, boyüyür, güclənir, mal, övlad və mövqe sahibi olur, yuksəlir, sonra isə əniş yaşayır, yaşlanır, iş-gücdən qalır, xəstələnir, başına müxtəlif bəlalar gəlir, sonra ölür, işləri tərs dönür, malları başqasının əlinə keçir və əvvəlki halı dəyişir. Bu hal bir torpağa bənzər ki, ona yağış yağar və o yaşarıb çox cazibəli bir hala gələr. Bu yaşıllıqlar quruyar və saralar, sonra parçalanıb dərmadağın olar. Kafirlər kəlməsi isə bu ayədə kimlərin nəzərdə tutulduğunu anladır. Bəzilərinə görə bu ayədə kafirlər Allah`ı inkar edən insanlardılar. Çünki onlar dünya həyatina bağlı və dünyadaki gözəlliklərə dəlicəsinə heyrandılar.

Bəzilərinə görə isə bu ayədə fermerlər nəzərdə tutulub. Onlar da toxumu torpağa əkər yəni torpaqla toxumu örtərlər. Bitkilər sahəsində bilik sahibi insanlar olaraq, nəyə heyran olacağını bilən bir kəslər olaraq keçirlər”. 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.