Namazların vaxtında qılınmasının fəziləti

Bu dəfə “Allah yolunda cihad etmək” deyə cavab verdi. Əgər yenə sual versəydim, əlbətdə cavabını verərdi”.

Açıqlama:

(Əməllərdən hansının Allah`a daha sevimli olduğunu soruşdum); Yəni ravi Allah`ın ən çox sevdiyi əməllərin hansılar olduğunu dəfələrlə Peyğəmbər salləllahu əleyhi və səlləmdən soruşmuşdur.

Allah Rəsulu salləllahu əleyhi və səlləm hər dəfə bu tipli suallara başqa-başqa cavablar vermişdir. Bu vəziyyət, alimlər tərəfindən bu şəkildə izah edilmişdir: “Əməllərin ən xeyirlisi haqda, sual verənin vəziyyətinə görə cavab verilir. Peyğəmbər salləllahu əleyhi və səlləm hərkəsə ehtiyacına, rəğbətinə ya da layiq olduğu şeyə görə və yaxud da zamana görə cavab verərdi.

Çünki əməllər, bəzi zamanlara görə də fəzilətli olurlar. Məsələn cihad, İslamın ilk illərində son dərəcə fəzilətli bir əməl idi. Namazın sədəqədən daha fəzilətli bir əməl olduğu mövzusunda hədislər bir-birini dəstəkləyir. Buna baxmayaraq, çətin vəziyyətdə qalan insanlara yardım edilməsi lazım olan vaxtlarda sədəqə namazdan daha fəzilətli olur.

 (Vaxtında qılınan namaz); Məsələylə bağlı İbn Battal bunları demişdir: “Namazı girdiyi vaxtda qılmaq, vaxtın sonlarına doğru namaz qılmaqdan daha fəzilətlidir. Çünki müstəhəb olan namazın vaxtında qılınmasıdır və bu da əməllərin ən fəzilətlisi ola bilər. Vaxtında qılınan namazın fəzilətli olması bu şərtə bağlanmışdır”.

(Ana-ataya yaxşılıq etmək); Alimlərdən biri bu hədisin “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. ” (Loğman 14) ayəsinə uyğun olduğunu demişdir.

İbn Uyeynə ayənin təfsirində demişdir:  “Kim beş vaxt namazı qılsa, Aallah`a şükr etmiş olar. Kim də namazlardan sonra ana-ataya dua etsə, onlara təşəkkür etmiş olar deməkdir”.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar