İnsanların Allah`a ən sevimli olanı

Şübhəsiz müsəlman bir qardaşımla bərabər bir ehtiyacın arxasınca getməyim mənim üçün məsciddə bir ay etikaf (məsciddə qalib ibadətlə məşğul olmaq) etməkdən daha xeyirlidir. Kim qəzəbini saxlayarsa (qəzəbini boğarsa) Allah onun eybini örtər. Kim qəzəbini saxlayarsa Allah qiyamət günü onun qəlbini razılıqla doldurar. Kim bir müsəlman qardaşının ehtiyacı üçün gedərsə Allah onun ayağını ayaqların sürüşdüyü gündə sabit edər. Həqiqətən pis bir əxlaq, sirkə balı zay etdiyi kimi əməlləri zay edər”. (“Sahihu`l-Cəmi”: 176)

Açıqlama

İnsanlara ən faydalı olanı; Özünə, atasına, anasına, ailəsinə, övladlarına, müsəlman qardaşlarına faydalı olaraq onlara qayğı göstərən, onları Allah`ın dininə dəvət edən, doğru düzgün yaşamalarına yardım edən kimsədir.

Bir müsəlmanı sevindirmək; Bunun ən aşağısı onu gülər üzlə qarşılamaqdır. Belə ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm “Yaxşılıqlardan heç nəyi kiçik görməyin. Hətta qardaşınızı gülər üzlə qarşılamaq olsa belə” (Müslüm) həmçinin “Qardaşının üzünə gülməyin sədəqədir”. (Tirmizi) deyə buyurmuşdur.

Sıxıntıdan qurtarmaq; Müsəlmanı malıyla, məqamıyla, yardımıyla və ya yol göstərməsiylə üzüntüdən qurtarmaqdır. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim bir mömini sıxıntıdan qurtararsa Allah da onu qiyamət gününün sıxıntısından qurtarar. (Müslim)

Borcunu ödəmək; Bura həmçinin borcluya möhlət vermək də daxildir. Bu xüsusda Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim bir borcluya möhlət verərsə hər gün üçün bir sədəqə savabı qazanar. Kim borcun vədəsi gəldikdə onu uzadarsa uzatdığı müddətcə hər keçən gün alacağı mal qədər sədəqə savabı yazılır”.(“Sahihu`l-Cəmi”: 6108) Digər bir hədisdə isə deyilir: “Kim bir borcluya asanlıq göstərərsə Allah da ona dünyada və axirətdə asanlıq verər” (Müslim) Allah təala Bəqərə surəsində bələ buyurur: “Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.”

Qarnını doyurmaq; Ac olanı doyuzdurmaq və buna görə qarşılıq və ya mükafat gözləməyənlar haqqında Allah təala quranda belə buyurur: “Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər, (və deyərlər): “Biz sizi yalnız Allah`ın xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik!” (İnsan 7-8) Bu mövzuda Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur6 “Xeyirliniz yemək yedirən və salamı alandır”. (“Sahihu`l-Cəmi” 3318)

“Şübhəsiz müsəlman bir qardaşımla bərabər bir ehtiyacın arxasınca getməyim” ifadəsi müsəlmanların bir-birinə yardım etməyə ibadət gözü ilə baxması lazım olduğunu öyrədir. Hətta müsəlmanın ehtiyacı olduğu halda onun yanında olmaq məsciddə olan ibadətdən də üstün kimi göstərilir. Belə ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim bir qardaşının ehtiyacını görərsə Allah da onun ehtiyacını görər”. (Buxari)

Kim qəzəbini saxlayarsa; Dinimiz bizə qəzəblənməməyi əmr etmişdir. Allah Rəsulu salləllahu əleyhi və səlləm ondan nəsihət istəyən səhabəyə bir sözlə “Qəzəblənmə” deyə cavab vermişdir. (Buxari) Başqa bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Güclü, rəqibinə qalib gələn deyildir. Əsl güclü qəzəb anında nəfsinə qalib gələndir.” (Buxari) Həmçinin Allah təala Əli İmran surəsində qəzəbini saxlayıb insanları bağişlayanlar haqqında belə buyurur: “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.”

Pis bir əxlaq; Hədisdən öyrəndiyimiz kimi pis əxlaq yaxşı əməlləri puç edər. Pis əxlaqın əksi olan yaxşı və bəyənilən əxlaq isə insanı çox oruc tutan və gecə namazı qılanların dərəcəsinə çatdırar. Bu haqda Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Şübhəsiz mömin gözəl əxlaq sayəsində çox oruc tutan və çox namaz qılanların dərəcəsinə çatar”. (Əbu Davud: 4013) Həmçinin başqa bir hədisə əsasən gözəl əxlaq qiyamət günü tərəzidə ən ağır gələn əməldir.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.