Günahkarlara böyük müjdə

Açıqlama

Peyğəmbərimiz salləllahu əleyhi və səlləm günahları ikiyə ayırır. Böyük günahlar və böyük olmayan günahlar.Burada böyük günahlar dedikdə ağlımıza nələrin gəlməsi lazım olduğunu alimlərimiz belə açıqlayır: “Böyük günahlar; dünyada həddcəzası tətbiq olunan, axirətdə cəzaya düçar olacağı deyilən, həmin  günah sahibinə lənət edilən və ya bir qəzəblə hədələnən əməllərdir. Bunun xaricində qalanlar kiçik günahlardı”.

Oxumuş olduğumuz bu hədisdə gözə çarpan ilk şey Allah``ın qullarına olan mərhəmətidir. Günahlara kəffarə olan ibadətlar isə beş vaxt namaz, cümə namazı və Ramazan orucudur. Kim bağışlanmaq istiyirsə  beş vaxt namazı, Cümə namazlarını qaçırmamalı, həm də Ramazan orucunu tərk etməməlidir.

Allah təala axirətdə qullarının sıxıntıya düşməmələrini istəyir. Ayət və hədisləri gözəl bir şəkildə incələyən kəs Allah`ın qullarına olan mərhəmətinin, qəzəbini üstələdiyini açıq bir şəkildə görür. Allah təala bizləri böyük günahlardan çəkindirmək istəyir. Çünki, böyük günahlara baxdığımızda həm özümüzə həm də ətrafımıza qorxunc zərər verdiyimizi görərik. Böyük günahlardan sadəcə bu üçünə nəzər salsaq bu həqiqəti artıqlamasıyla görə bilərik: spirtli içkilər içmək, qumar oynamaq və zina etmək.

Bu üç böyük günah ailənin dağılmasına səbəb olur. Dağılan ailəni ovlamaq şeytan üçün çox asandır. Bu cür günahlar insan nəslinə zərər verir. Allah insanların haqlarını qorumuş və heç kimsəyə zərər vermə haqqını verməmişdir. Allah heyvanların belə haqlarını qorumuşdur. Bir pişiyi evdə həbs edib ölümünə səbəb olan bir qadını cəhənnəmə atdığını hədislərdən oxumuşduq.

Bu hədisimiz bizlərə müsəlmanların kiçik günahlardan qaçınmalarının çox çətin olacağını böyük günahlardan isə uzaqlaşmanın çoxda çətin olmayacağını deyir.

Günahlara kəffarət olan əməllərə baxdığımızda günlük, həftəlik və illik ibadətlər gözə çarpır. Namaz, cümə namazı və ramazan orucu. Günahlara kəffarətin asan olması da Allah`ın bizlərə bir mərhəmətidir.

HƏDISDƏN ÇIXAN DƏRSLƏR:

1-Böyük günahlardan çəkinmək lazımdır.

2-Bağışlanılması üçün namazların tərk edilməməsi gərəkdir.

3-Ramazan ayı bağışlanmaq üçün fürsət bilinməli və çox yaxşı dəyərləndirilməlidir.

4-Allah təala qullarına qarşı çox mərhəmətlidir. Bağışlamaq üçün vəsilələr bildirməsi onun çox mərhəmətli olduğunun dəlilidir.

5-Bağışlanmağa vəsilə olacaq əməllərin davamlı olması diqqət çəkicidir. Yəni günün hər saatında bağışlanma fürsəti doğmuş olur.

6-Bu hədis namaz və orucun nə qədər mühüm olduğunun bir dəlilidir.

7-İnsan günah işləməyə meyilli yaradılmışdır. Bu hədisimizdə insanın böyük günahlardan çəkinəbiləcək bir xüsusiyyətə sahib olduğunu görə bilərik.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar