Skip to main content


Mən bilirəm Allah məni nə vaxt zikr edir!

فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ

 “Elə isə (yalnız) Məni anın ki, Mən də sizi anım və (yalnızca) Mənə şükür edin, Mənə nankorluq etməyin”  (Bəqərə 152)

Təbəssüm edərək oxuduğum bu qissə və qissəyə aid olan ayəti-kərimə, Allah-qul əlaqəsini sağlamlaşdıran və “Rəbb`im məni tanıyır” mesajı verən bir möcüzə, bir lütfdür.

SubhənAllah! Biz, yer üzünün hər hansı bir yerində, hər hansı saatında Allah`ı anacağıqsa, Allah`ın varlığını hiss edəcəyiksə, Onu anarkən bizləri eşitdiyinə və gördüyünə adımız kimi inanacayıqsa, Allah da bizləri o an anacaq, adımızı zikr edəcək. SubhənAllah! Hər şeyin sahibi olan uca Allah, milyardlarla insan varkən, adımızı daşıyan minlərlə insan varkən, O bizlərin adını anacaq! Bu nə böyük şərəfdir ya Rəbb!

Düşünün əziz qardaşlarım, bu sətirləri yazarkən: SubhənAllahi və bihəmdihi! deyərək Allah`ı zikr edirəm, Allah da indi məni anır. Siz də zikr edin eyni anda ad qarışdırmadan sizi də ansın. Bu nə böyük bir şərəfdir?!

Elə isə Allah təala qullarını necə anır? Belə bir sual yönləndirəcəyimizi bilən Rəbb`imiz bizlərə 1400 il bundan əvvəl sualımızın cavabını vermişdir. Oxuyaq: “Əbu Hureyrə radıyAllahu anhudan rəvayət edildiyinə görə Rasulullah sallAllahu aleyhi və səlləm belə buyurdu: “Allah bir qulu sevdiyi zaman Cəbrailə “Allah filankəsi sevir sən də onu sev” deyə əmr edər. Cəbrail də o qulu sevər. Sonra səma (göy) əhli olan mələklərə: “Həqiqətən Allah filankəsi sevir sizdə onu sevin!” deyə xitab edər. Göylərdəkilərdə o kimsəni sevərlər, sonra da yerdəkilərin qəlbində o kimsəyə qarşı bir sevgi oyanar”.

SubhənAllah! Allah`ı zikr et Allah səni sevsin və öz sevgisinin yanında ən böyük mələk və göydəki saysız mələklərin də sevgisini əlavə etsin. Düşünün, adınız həm Allah, həm Cəbrail əleyhissalam həm də göydəki mələklər tərəfindən anılır. Göy, sizdən bəhs edir. Siz yer üzündə Allah`ı zikr etdiniz, sizə olan sevgi göydən yer üzünə ensin və digər insanlarda sizi sevsin.

Allah təalanın bizlərdən razı olub olmadığını öyrənmək üçün mükəmməl bir fürsət. Allah üçün sevilib sevilmədiyinizə bir baxın. Bu rəqəm çox az olsa ölüm mələyi gəlmədən Allah`ı zikr edərək bu rəqəmi artırın. Siz Allah`ı zikr edin, insanlarda sizi sevsin.

İnsanların sevgisini qazanmaq üçün yaltaqlıq etməyə ya da saxta təbəssümlər etməyə ehtiyac yoxdur. Sən sadəcə Allah`ı zikr et, onların səni sevmələrini Allah təala yoluna qoyacaq. SubhənAllah! Tək kəlməlik bir zikr; yeri və göyü hərəkətə keçirir!

Bir islam aliminin bu sözü olduqca mühümdür: “Sizin Allah`ı sevməyinizin heç önəmi yoxdur. Önəmli olan isə Allah`ın sevgisini qazanmaqdır. O sizi sevibsə qazanan siz olarsız”.

Hədisdən çıxan nəticələr:

1-Allah qulunu sevər və bu sevgisini elan edər.

2-Allah`ın qulunu sevməsini elan etməsi Cəbrail əleyhissalamı şahid tutması anlamına gəlir. Bu bilgi bizləri artıqlamasıyla sevindirir.

3-İnsan bir müsəlmanı sevməsi üçün onu tanımasına ehtiyacı yoxdur. Yetərki Allah`ın sevgisini qazandıracaq bir əqidəyə sahib olsun.

4-Cəbrayil əleyhissalam sadəcə Allah sevdiyi üçün sevmişdir. Yoxsa ki Cəbrayıl əleyhissalam bizləri tanımır.