Allah`a iman gətirdim de, sonra doğru ol!

Şübhəsiz: “Rəbb`imiz Allah`dır!” - deyən, sonra da (sözündə) doğru olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət 30)

Şübhəsiz: “Rəbb`imiz Allah`dır!” - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!” (Əhqaf 13-14)

Rəvayət edildiyinə görə Ömər ibn Xəttab radiyallahu anhu minbərə çıxdı və “Şübhəsiz: “Rəbb`imiz Allah`dır!” - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların” ayəsini oxuduqdan sonra belə dedi: “Onlar hiyləgər tülkünün yoldan çıxması kimi yollarından azmazlar.” (Abdullah ibn Mübarək “əz-Zühd”: 325, İmam Əhməd “əz-Zühd”: 155, ət-Təbəri “Camiu`l-Bəyən”: 24/115)

Əli ibn Əbu Talib radiyallahu anhu Abdullah ibn Abbas radiyallahu anhunun “Sonra da (sözünün üstündə) möhkəm duranlar” ayəsi haqqında belə dediyini nəql edir: “Allah`ın fərzlərini yerinə yetirmək mövzusunda sözlərində durarlar.” (ət-Təbəri: 24/115)

Abu Aliyə ayə haqqında belə demişdir: “Sonra Onun üçün dinlərində və əməllərində ixlaslı oldular”. (İbn Kəsir: 7/165)

Qatadə demişdir: “Allah`a itaətddə doğru olarlar” Həsən əl-Bəsri bu ayəni oxuduğu zaman belə deyərdi: “Allah`ım! Sən bizim Rəbb`imizsən. Sən bizi doğru olmaqla ruziləndir”. (ət-Təbəri (24/115)

Doğru olmaq (istiqamət üzərində olmaq) doğru yola girmək deməkdir. Doğru yol sağa və sola heç bir əyriliyi olmayan islam dinidir. Açıq və gizli olaraq Allah`a ibadət sayılan bütün əməlləri etməyi və eyni şəkildə bütün qadağalardan uzaq durmağı bu din öz əhatəsinə alır. Bu xüsusiyyətləri etibarilə Peyğəmbər salləllahu əleyhi və səlləmin tövsiyəsi, dinin bütün xislətlərini öz içərisinə almış olur.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar