Sübhənallah və əlhəmdulilləh zikrlərinin fəziləti

Peyğəmbər salləllahu əleyhi və səlləmin “Təmizlik imanın yarısıdır” sözündəki “təmizlik” kəlməsini bəziləri “günahlardan təmiz olmaq” şəklində açıqlamışdırlar ki, bu da aşağıdakı ayələrin mənasına uyğundur:

Həqiqətən onlar təmizlənməyə çalışan insanlardılar”. (Əraf 82)

“Allah sözlər arasında bu dördünü seçdi; Sübhənallah, əlhəmdulilləh, lə iləhə illallah və Allah`u əkbər. Hər kim “sübhənallah” deyərsə, onun üçün iyirmi savab yazılar və ya iyirmi günahı silinər. Kim “Allah`u əkbər” deyərsə, onun üçün də eyni şey vardır. Kim “lə iləhə illallah” deyərsə, oun üçün də eyni şey vardır. Hər kim “əlhəmdulilləhi rabbil aləmin” deyərsə, onun üçün otuz savab yazılar və onun otuz günahı silinər”.(Hədisi Nəsai “Əməlu`l-yəvmi və leyləti” kitabında: 843 rəvayət etmişdir)

Peyğəmbər salləllahu əleyhi və səlləmin “Namaz nurdur. Sədəqə sübutdur. Səbir işıqdır.” sözünə gəldikdə isə, bu cümlə Müslimin bəzi rəvayətlərində “Oruc nurdur” şəklində rəvayət edilmişdir. Bu üç əməl növünün hamısı nurdur, ancaq hər birinin öz növünə aid olan bir nuru vardır. Bunların arasında namaz mütləq mənada nurdur. Belə ki, bir  Ənəs ibn Malik radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Namaz möminin nurudur”.

Səbirə gəldikdə isə, o işıqdır. Burada “işıq” kəlməsi “dıyə” olaraq keçir və bunun mənası daha genişdir.  “Dıyə” sözü nur ilə birlikdə istilik verən və yandırıcı olan işığa deyilir. Günəş işığı da belədir. Ayın işığı isə belə deyildir və onun işığı sadəcə nurdan ibarətdir. Aydan gələn şüanın yandırıcılıq xüsusiyyəti yoxdur. Allah təala buyurur: Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!”. (Yunus 5)

Səbir etmək insanların nəfsinə çətin gəldiyi üçün, bunun əldə edilməsi üçün nəfslə mücadilə edilməsi, onun həbs edilməsi və onun arzu etdiklərindən uzaqlashdırılması lazımdır. Buna görədə səbir üçün “dıya” yəni insanı aydınladan və isidən deyilmişdir. Səbrin ərəb dilçiliyindəki mənası həbs etmək deməkdir.

Bizim dinimizdə övülmüş olan səbrin qisimləri vardır: Bunlar Allah`a itaət etməkdə səbr etmək, Onun günah dediklərini etməməkdə səbr etmək, Allah`ın təqdir etdiyinə qarşı səbr etmək və başqa xüsuslardır. Allah`ın əmrlərinə itaət edib, günah dediklərindən uzaq durmaqda səbr etmək, insana ağrı və əzab verən qədər təcəlillərinə səbr etməkdən daha üstündür. Sələf bunu açıq bir dillə bizə bildirmişdir. Bunu deyənlərin arasında Səid ibn Cübeyr, Meymun ibn Mehran və başqa böyük alimlər vardır.

Əli ibn Əbu Talib radiyallahu anhudan zəif bir sənədlə rəvayət olunan hədisdə belə buyrulur: “Müsibətlərə qarşı səbr göstərən qula üç yüz dərəcə yazılır. Allah`a edilən ibadətlərə davam etdiyinə görə səbr etməyə altı yüz savab yazılar. Günahları etməmək üçün səbr etməyə isə doqquz yüz savab yazılır”.  Bu hədisi İbn Əbu Dunyə və İbn Cərir ət-Təbəri rəvayət etmişdir.

Səbrin ən fəzilətləri növlərindən biri də orucdur. Çünki oruc səbrin yuxarıda qeyd olunan üç növünü də özündə cəmləşdirir. Orucda Allah üçün ibadətdə səbir etmək vardır, Allah`a qarşı günah etməməkdə səbir etmək vardır. Oruc  tutan insan, nəfsi onunla mücadilə edib ona qarşı gəlməsinə baxmayaraq Allah rizasi üçün arzularını tərk etməkdədir. Buna görə səhih bir hədisdə belə buyurulur: “Allah təala buyurur: “Adəm oğlunun bütün əməlləri onun özü üçündür, ancaq oruc elə deyildir. Oruc Mənim üçündür və onun qarşılığını da Mən verəcəyəm. Çünki o kişi şəhvani istəklərini, yeməyini və içməyini mənim üçün tərk etmişdir”. Hədisi Əbu Hüreyrə radiyallahu anhudan imam Əhməd: 2/273, Buxari: 1904, Müslim: 1151 rəvayət etmişdir.

Peyğəmbər salləllahu əleyhi və səlləmin “Quran ya lehinə ya da əlehinə dəlildir” sözü ilə bağlı olaraq bir ayədə Allah belə buyurur: Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır. (İsra 82) Sələfdən bir nəfər belə demişdir: “Bir şəxs Quran məclisində oturduğunda, oturduğu kimi qalxmaz. Ya qazanclı olaraq ya da itirmiş olaraq qalxar. Bu sözləri dedikdən sonra yuxarıdaki ayəni oxudu”.

Peyğəmbər salləllahu əleyhi və səlləmin “Bütün insanlar səhər erkən çıxır və nəfsini sataraq ya onu azad edir  ya da tələf edirlər” sözünü  İmam Əhməd və İbn Hibban Kab ibn Ucrədən bu şəkildə  rəvayət etmişlər: “İnsanlar iki bölük şəklində gedərlər. Onlardan kimisi nəfsini alar və azad edər, kimisi də nəfsini həlak edər”.   İmam Təbəraninin rəvayət etdiyi hədisdə isə deyilir: “İnsanlar səhər erkən iki bölük şəklində gedərlər. Kimisi nəfsini satar və onu həlak edər, kimisidə nəfsi üçün fidyə verər və onu azad edər”. 

Allah təala belə buyurur: And olsun nəfsə və onu yaradana. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq  nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (Şəms 7-10)

Ayənin mənası budur: “Nəfsini ibadətlərlə təmizləyən şəxs qurtulmuşdur, onu günahlara gömən şəxs isə həlak etmişdir”. Demək ki, Allah`a itaət və ibadətlər nəfsi təmizləyər və onu ucaldar. Günah və Allah`a üsyanlar isə nəfsin çirklənməsinə, bu vəziyyətin nəfsə hakim olmasına, alçalmasına və nəhayət ki, toprağa basdırılmış kimi alçaq bir vəziyyətə düşməsinə səbəb olur.

Sələfdən bəziləri saleh əməllər etməyə çalışaraq belə deyərdilər: “Mən əsir bir şəxsəm, özümü azad etmək üçün çalışıram”.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.