Nə üçün acından haldan düşmüş bir quş görmədik?

Açıqlama:

Ümmətini ruzi mövzusunda cəsarətləndirmək üçün vermiş olduğu bu nümunədə çox gözəl ibrətlər vardır. Bu qədər canlı növü var ikən Allah Rəsulunun nümunə üçün quşu seçməsi təsadüfi deyildir. İstəsəydi təbiətdə nadir rast gəlinən bir canlı növündən də nümunə verə bilərdi.

Amma Peyğəmbərimiz salləllahu əleyhi və səlləm sadəcə ərəb toplumuna yol göstərən deyildi. Dünyanın hər bir yerində insanların asan anlayacağı bir misal verərək ümmətinə qarşı çox şəfqətli olduğunu da göstərmiş oldu. İnsan olan hər yerdə rast gəlinən və gündəlik həyatda şahid olduğumuz quşlar,seçilmiş ən gözəl örnəkdir.

İndi...

Hədisimizdə qeyd olunan quş örnəyini masamıza qoyaq və dərslər çıxarmağa çalışaq. Quşların yuvaları, ən çoxu iki nəfər genişliyində 200 qr ağırlığı olmayan ağac budaqları və quru otlardan ibarət olur. Nə bir mətbəx var nə də ki, otaq. Məlumdur ki, ehtiyac hiss etmirlər. Səhərə qədər “nə yeyəcəm” deyə düşünüb yuxusuz qalmırlar. Axşam evə qayıdarkən də “sabahı düşünmək lazımdır” deyib ehtiyat qida saxlamırlar. Aclıqdan haldan düşmüş bir quş da görülməyib.

Heç aclıqdan qıvrılıb zarıyan bir quş səsi eşitdinizmi? Quşlar tam bir təvəkkül dərsləri verdikləri üçün onlara təşəkkür etməyimiz lazımdır.

İndi hədisimizə qayıda bilərik. Pəyğəmbərimiz quş örnəyini verərkən bir incəliyi xatırladır; Quşlar qidalanmaq üçün səhər tezdən yuvalarından çıxarlar. Yəni, “yuvamızda oturaq, ruzi yuvamıza gələcək“ demirlər. Ruziləri yuvalarının xaricində və o ruzini əldə etmək üçün yuvalarını tərk etmələri lazımdır. Yuvalarını tərk edəcəkləri vaxt da bəllidir.                

Bəli. Quşlar haqqıyla təvəkkül edirlər və asan ruziləndirilirlər. Çəkilən misal həqiqətən də müthişdir. Kifayət edər ki, quşlar kimi təvəkkül edək  və ruzi asanlaşsın. Bu hədisdən yola çıxaraq alimlərimizin təvəkkül mövzusundakı görüşlərinə bir baxaq:

Said bin Cübeyr radıyallahu anhu belə deyir: “Təvəkkül, imanın bütün əlamətlərini özündə toplayan bir xislətdir”.

Vəbh bin Munəbbih radıyallahu anhu belə deyir: “Əldə ediləcək ən yüksək qayə təvəkküldür”.

İbn Abbas radıyallahu anhu Rəsulullah sallallahu aleyhi və səlləmin belə buyurduğunu rəvayət edir: “İnsanların ən güclüsü olmağı arzulayan kəs Allah təalaya təvəkkül etsin!”

Rəsulullah sallallahu aleyhi və səlləmin  belə dua etdiyi rəvayət edilir:

“Allah`ım! Sənə qarşı sədaqətlə təvəkkül sahibi olmağı diləyirəm!”

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar