Skip to main content


Mənə bir söz de, cənnətdəki dərəcən artsin

“Qul diqqətsizcəsinə Allah`ın razı qaldığı elə bir söz deyər ki, Allah təala o söz səbəbilə onun dərəcəsini yüksəldər. Digər bir qul isə yenə həmin minvalla Allah`ın qəzəbinə səbəb olacaq elə bir söz deyər ki, bu söz səbəbilə cəhənnəmin dibini qazanar.”

Beyhaqinin “Şuabu`l-İman”-da Əbu Cuheyfədən nəql etdiklərinə görə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Əməllərin Allah qatında ən sevimli olanı dili qorumaqdır.”

Susmağın fəzilətinə dair bir çox hədis rəvayət olunmuşdur. Bunlardan birisi Süfyan İbn Abdullah əs-Səqafi radiyallahu anhın rəvayətidir. Rəvayətdə deyilir: Allah Rəsulu salləllahu əleyhi və səlləmdən “Mənim üçün ən çox qorxduğun şey nədir?”deyə soruşdum. Allah rəsulu salləllahu əleyhi və səlləm dilini tutaraq “Budur”deyə cavab verdi.

Muaz ibn Cəbəl radiyallahu anhın nəql etdiyi bir hədisə görə Allah Rəsulu salləllahu əleyhi və səlləm “Bütün işlərin əsasını sənə xəbər verimmi?” Dilini göstərərək “Bunu qoru” dedi. Mən “Ey Allah`ın Rəsulu! Bizlər dediyimiz şeylərdən ötrü hesaba çəkiləcəyikmi?” dedim. Allah Rəsulu salləllahu əleyhi və səlləm “İnsanları üz üstə cəhənnəmə atan dilləriylə qazandıqlarından başqa bir şey deyildir?” buyurdu. Bu hədisi Əhməd İbn Hənbəl, Tirmizi, Nəsai və İbn Məcə rəvayət etmişlər. Tirmizi hədisin səhih olduğunu demişdir.

Həsən əl-Bəsri demişdir: “Möminin qəlbi dilinin önündədir. Danışmaq istədikdə qəlbiylə düşünər sonra da vəziyyətdən asılı olaraq danışar, ya da susar. Münafiqin isə dili qəlbinin önündədir. Danışacağı zaman qəlbiylə heç düşünmədən danışar” .

İmam Nəvəvi demişdir: “Bu hədis dili mühafizə etməyə təşviq edir. Ümumiyyətlə danışmaq istəyən şəxsin sözü ağızdan çıxmadan öncə deyəcəyi şeylərin yaxşıca düşünməsi uyğun olar. Danışacağı sözdə bir məsləhət və mənfəət varsa danışsın. Əks təqdirdə sussun ” .