Sən də iffətli yaşa

Yanımda bir şey olsaydı, onları sizdən əsirgəməz, verərdim.Hər kim iffətli yaşamaq istəyərsə, Allah onu iffətli qılar. Hər kim insanlardan mustəğni (isanlardan birşey istəməmək) olmağa çalışarsa, Allah onu zəngin qılar, heç kimə möhtac etməz. Səbir etməyə səy göstərənə Allah səbir verər. Heç kəsə səbirdən daha xeyirli və böyük bir lütf əta edilməmişdir”.

Peyğəmbər (s.a.s) in gözəl əxlaqından biri ondan bir şey istədiyində, əgər yanında varsa o insana verməsidir. İstəyənə vermədiyi heç görülməmişdir. Belə ki, fəqir həyat sürdüyü halda, bəzən də qarnına daş bağladığı halda, kasıblıqdan qorxmadan bol-bol verərdi. O insanların ən comərdi və ən cəsuru idi.
Əlində mal bitincə, onlara, "Yanımda bir şey olsaydı, onları sizdən əsirgəməz, verərdim."dedi. Yəni əlində olan bir malı yanında saxlayıb verməməsi imkansızdır. Əgər vermədisə bilinki yanında heç bir şey qalmamışdır.

Daha sonra Peyğəmbər (s.a.s) üç şeyə təşviq edir: iffətli yaşamağa çalışmaq, insanlardan mustəğni olmaq(insanlardan bir şey istəməmək) və səbrli olmaq. Bunların ilki, iffətli yaşamaqdır: "Hər kim iffətli yaşamaq istəyərsə, Allah onu iffətli qılar". Yəni Allahın haram qıldığı qadınlarla münasibətdə olmamağa çalışar, bundan çəkinərsə Allah da onu iffətli qılar.

İffət xüsusunda nəfsinə uyan kimsə həlak olar. Çünki nəfsinə uyaraq qadınları (izləyən, arxasıyca düşən) həlak olub gedər; gözü zina edər, qulaqları zina edər, əlləri zina edər, ayaqları zina edər və nəhayət (cinsiyyət orqanı) zina edər. Zina əxlaqsızlıq və çirkinlikdəndir. Ancaq insan bundan uzaq durmağa və iffətli olmağa çalışarsa, Allah da onu iffətli qılar, onu da, ailəsini də qoruyar.

İkincisi, "Hər kim insanlardan mustəğni (isanlardan birşey istəməmək) olmağa çalışarsa, Allah onu zəngin qılar, heç kimə möhtac etməz." Yəni Allahın ona verdiyi ilə qane olub, insanların əllərindəkinə göz dikməyən, onları əldə etməyi arzulamayan kimsəni Allah zəngin qılar, onlara möhtac etməz. Əsl zənginlik qəlb zənginliyidir. İnsan Allahın ona verdiyi ilə qane olub və başkalarına möhtac olmadığını hiss edərsə, Allah onu insanlara möhtac buraxmaz, onu dilənməkdən və istəməkdən uzaq qılar və başını dik tutar.

Üçüncüsü, "Səbir etməyə səy edənə Allah səbir verər". Özünü Allahın haram qıldıqlarından uzaq tutub, kasıblıq səbəbi ilə insanlardan bir şey istəməməkdə israr edərsənsə, Allah da sənə səbir verər və səbirdə sənə yardım edər.

Heç kəsə səbirdən daha xeyirli və daha böyük bir lütf əta edilməmişdir”. Allah bir kimsəyə səbr lütf etmişsə bu, ona verdiyi ən xeyrli və ən böyük nemətdir. Bu səbəblə səbrli kimsənin, insanlardan bir əziyyət gördüyündə sakit və rahat bir halda olduğunu görərsən. Xoşlamadığı bir şey söyləsələr də, haqqını yesələr də o gərginləşməz, əsəbləşməz. Çünki o, Allahın onu sınamaq üçün verdiyi müsibət qarşısında səbrlidir. Bu səbəbdən bu kimsəni, daim qəlbi huzurlu və rahat görərsən.

Bütün bunlara görə Peyğəmbər (s.a.s): "Heç kəsə səbirdən daha xeyirli və daha böyük bir lütf əta edilməmişdir"  deyə buyurmuşdur. Müvəffəqiyyət Allahdandır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.