Skip to main content


İmanın şirinliyi

Ümmətinin belə problem yaşayacağını bilən Peyğəmbərimiz salləllahu əleyhi və səlləm gərəkli resepti ümmətinə vermişdir. Bu resepti istifadə edən müsəlman həm imanını artırar, həm də imandan dad almağa başlayar. İndi,bu reseptə hamımız birlikdə nəzər salaq:

Ənəs ibn Malik radiyallahu anhuAllah Rəsulu salləllahu əleyhi və səlləmdən belə buyurduğunu rəvayət etmişdir: “Üç xüsusiyyət vardır ki,bunlar kimdə cəmlənərsə imanın dadını dadar;

1-Allah`ı və Rəsulunu hər şeydən daha çox sevmək,

2-Sevdiyi şəxsi yalnız Allah üçün sevmək,

3-Atəşə atılmağı sevmədiyi kimi yenidən küfrə geri dönməkdən xoşlanmamaq (Buxari,Muslim).

İki cümləlik bu hədisdə həddindən çox dərslər vardır. İmanın şirinliyini daddıran faktorların bu üç şeylə məhdudlaşmadığını da bilirik. Əgər imanın dadı sadəcə bu üç xüsusla məhdudlaşmış olsaydı “sadəcə” kəlməsi işlədilərdi. Bəzi insanlar çoxlu Quran oxumaqla bəziləri cihad etməklə bəziləri də bənzəri ibadətlərlə imanlarından dad ala bilərlər. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm imana ləzzət qatan onlarca xüsus varkən sadəcə bu üç dənəsini zikr etmişdir. Bu hədisdə üç sayını artırıb belə də deyə bilərdi: ”iyirmi beş xüsusiyyət vardır ki...” Amma bu, ümmətinin nəfsinə ağır gələn bir təklif olardı.

1-  “Allah`ı və Rəsulunu hər şeydən daha çox sevmək...” Onu qəlbdə olan ana, ata, baba, ər, uşaq və digər ünsürlərdən daha çox sevmək. Diqqət etsək Peyğəmbər salləllahu əleyhi və səlləm bizlərə, qəlbi əməllərdən bəhs etdiyini görürük. Əməl edilməsi çətin olmayan, ya da sadəcə zənginlərin əməl edəcəyi bir əməl növündən bəhs etmir. İstər zəngin olun, istər kasıb olun, istər yataq xəstəsi olun bu birinci xüsusa çox rahatlıqla əməl edə bilərsiniz.

2- “Sevdiyin şəxsi ancaq Allah üçün sevmək”. İnsanlar Allah və Rəsulundan başqa insanları, ailə və dost tanışlarını sevərlər. Allah Rəsulu salləllahu əleyhi və səlləm bu sevgini tənqid edir. Bunlar da lazım olan sevgilərdi, amma imana bu sevgilərin ancaq Allah üçün olanı şirinlik qatar. Bu iki ünsur bizlərə bu mesajı verir:

Sevdiklərinizi gözdən keçirin və Allah sevgisini önə alın. Bax o zaman imanınız dadlanar və etdiyiniz ibadətlərdən zövq alarsınız.

Sevdiyimiz şəxsləri sadəcə Allah üçün sevə bilməmiz üçün əvvəlcə Allah sevgisinin yetərli bir səviyyəyə çatması lazımdır. Çünki bu sevgi sevilən insanların qüsurlarını bağışlayıb qəlbdə onlara məhəbbət bəsləməyə qulluq edir. Allah sevgisini qazanmaq və sevdiklərini ancaq Allah üçün sevməyin bəlkə də tək çıxış yolu budur.

Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin verdiyi bu reseptə baxdığımız zaman üçüncü əlacın;  “atəşə atılmaqdan xoşlanmadığı kimi təkrar küfrə geri dönməkdən xoşlanmamaq” olduğunu görürük. Atəşə atılmaqdan xoşlanmadığı kimi. İnsanı atəşə atanın Allah təala olduğunu bilirik. Lakin Peyğəmbərimiz salləllahu əleyhi və səlləm elə bir ifadə işlətmiş ki, atəşə atanın orada adını görmürük.

Şüphəsiz bir müsəlman cəhənnəmə girmək istəməz. Xüsusi ilə cəhənnəmin vəsfini bilən bir insan əlindən gəldiyi qədər cəhənnəmin salacaq əməllərdən uzaq durmağa çalışar. Bu bir həqiqətdir ki, cəhənnəmdən uzaqlaşan bir insan cənnətlik əməllərlə qarşılaşar.