Skip to main content


Cənazədən bir sünnət

Bunu ona xəbər verdim, İbn Abbas: “Bu gələn camaatın qırx nəfər olduğuna əminsənmi?” dedi. Mən: “Bəli” cavabını verdim. O dedo: “Elə isə cənazəni çıxarın. Çünki mən Allah Rəsulu sallallahu əleyhi və səlləmi belə buyururkən eşitdim: “Elə bir müsəlman yoxdur ki, öldükdə onun cənazə namazını Allah`a şərik qoşmayan qırx nəfər qılsın və Allah təala onların bunun haqqındakı şəfaətlərini qəbul etməsin”.

Şərh:

Bir ata düşünün övladı vəfat etmiş. Bir ata düşünün övladını bir daha görməyəcək. Bir ata düşünün övlad acısını dadmış və ürəyi kədərlənmiş. Yenə bir ata düşünün ki, bu veziyyətdə öncədən eşitdiyi hədisin əməl etmə vaxtını xatırlayır!

Sunhənallah! Cənazə evdə və ata, çöldəki camaatın sayısını soruşur. O sayın tamamlanması oğlunun sorğu-sualını yüngülləşdirəcək.

Həm vəfat edəni, həm də yaşayanları çox yaxından maraqlandıracaq çoxlu həyati dərslər var bu hədisdə.

Tək-tək maddələr halında baxaq:

Övladının axirətini düşünmək.

Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allah`ın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır. (Təhrim 6)

Bu halda biz cənazə evdən çıxmamış atanın övladının axirətini düşündüyünü görürük.

1-Hər bir halda Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin sünnətinə üz tutmalıyıq:

Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnətləri dedikdə sadəcə namazın sünnətləri, ya da bəzi zamanlarda oxunan zikirlər nəzərdə tutulmur. Allah təala “Onda sizlər üçün gözəl örnəklər vardır” deyerkən alacağımız örnəkləri bəzi ibadət növləri ilə məhdudlaşdırmamışdır.

İstər toyda istər döyüşdə istərsə də cənazədə. Hər vəziyyətdə onun sözləri və addımları təqib edilməlidir. Cənnətin qapısına qədər gələn - en zəmanətli - təkcə bir ayaq izi var. Deməli heç bir ayaq izi zəmanətli deyildir. Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin ayaq izləri cənnətin qapısına qədər gəlir.

2-Cənazəyə baxmayaraq sünnətlərə əməl etməyə səy göstərmək:

Bəzi əməllər vardır ki ömürdə bir və ya bir neçə dəfə insanın qapısını döyər. İkinci dəfə gəlməyəcəyi üçün o əməl qaçırılmamalıdır. İbn Abbasın radiyallahu anhu cənazəylə əlaqəli bütün sünnətləri tətbiq etdiyinə inanırıq.

Cənazə evdədir və dəfn edilməsi lazımdır. Amma bir sünnət də var ki, o sünnətin praktikası üçün ən azı qırx nəfərin olması tələb olunur. Bu böyük səhabə tələb olunan sayı nəzərə almadan dəfnə tələsə bilərdi. Amma ortada əməl edilməyi gözləyən bir sünnət var. Əcr ovçuları olan bu səhabələr heç bir sünnətin çöldə gecələmələrini istəməzlər. Evdə cənazə olsa belə.

3-Cənazədə iştirak edənlərin əqidəsinin vəfat edəna faydası.

Oxuduğumuz hədisdə cənazədə iştirak edənlərin sayını verərkən bir şeyə diqqət yetirməmizin lazımdır: Allah`a şərik qoşmamış bir camaat. Başqa heç bir günah zikr edilmir. Nə pis əxlaqdan nə də yaş qrupundan.

Burada Allaha`a şərik qoşan insan, vəfat edən qardaşının cənazəsində iştirak etməklə ona kömək etmiş olmur. Şirk qoşan bir insan cənazə namazını qıla bilər. Amma bu əməlin vəfat edənə bir faydası  yoxdur. Deməli şirk virusu əməlləri çör-çöpə çevirir.

4-Cənazədə belə dəvət etmək olar:

İbn Abbas radıyallahu anhu heç kimə demədən çölə çıxar və camaatı saya bilirdi. Amma o “bir hədisi nəql edənin Allah üzünü ağartsın” hədisini çox yaxşı bilirdi.

Sadəcə cənazə mövzusuna həbs ediləcək bir hədis oxumadıq. Dostlarımızın əqidəsini, tövhid və şirk qavramlarını təkrar gözdən keçirməyə qərarına  gəldiksə, bu hədisə əməl etməyə başlamışıq deməkdir.