Peyğəmbər salləllahu əleyhi və səlləmin dünya misalı

Açıqlama

Dünyanin insan həyatında nə qədər önəm daşıdığını bir cümlə ilə açıqlayan Peyğəmbər salləllahu əleyhi və səlləmə salat və salam olsun. Allah Rəsulu salləllahu əleyhi və səlləmin bir çox hədislərində bənzətmə yoluyla mesaj vermək istədiyini görürük. Yuxarıdakı hədisimizdə də dünyanı bir ağac kölgəsinə bənzədərək dünya həyatı haqqında mesajlar vermişdir.

Hədisimizi sözbəsöz araşdırdıqda dünyanın əsl üzüylə qarşılaşırıq. Məsələn;

“Çox isti bir gündə...” deyərkən havanın vəziyyətindən bəhs etmişdir. Yəni havanın çox isti olmasıyla təbii bir ehtiyacdan dolayı ağac kölgəsi seçilir. Burada normal bir istilikdən bəhs edilmir. Ağac altında kölgələnməyə məcbur edən bir səbəb var ki,  bu da havanın çox isti olmasıdır. Başqa heç bir səbəb sənin addımını yavaşlatmasın. Kölgəyə çəkilmək günəşin zərərli şüalarından qorunmaqdır. Bədənin üzərimizdəki haqlarına riayət edilməsi vacibliyini bu qısa hədisimizdə görə bilərik. Havanın ən çox isti olduğu saatlar da günəşin zenit nöqtəsində olduğu saatlardır. O saatlarda insan nəfəs almaqda çətinlik çəkir. Üstəlik Ərəbistan kimi yerlərdə. Beləcə bu saatlarda Allah`ın yer üzərində insana bəxş etdiyi bir xidmətdən faydalana bilərsən.

“Ağac altında kögələnən...” Bu bənzətmədə qalıcı olan ağac, keçici olan isə kölgədir. Və bu kölgəyə ən çoxu 3-5 saat ehtiyac hiss edilir. Günəşin səhnədən yavaş-yavaş çəkilməsi ilə cazibədar kimi görsənən kölgə, cazibəsini itirər. Artıq hər tərəf kölgə olmuşdur. Deməli dünyanın cazibəsi qısa vaxtlı və keçicidir.

“və sonra ağacı tərk edib yoluna davam edən.” Bəli! İstilər yerini sərinliyə verdiyi zaman  kölgənin heç bir cazibəsi qalmaz. Kölgə vəzifəsini yerinə yetirmiştir artıq. Daha sonra arxasına belə baxmadan, kölgənin adını belə zikr etmədən oranı tərk etmək. Subhənallah! Dünyanın keçici və dəyərsiz olduğunu bir tək cümləylə bundan gözəl başa salmaq olmazdı.  

İndi də Peyğəmbər salləllahu əleyhi və səlləmin dünya ilə axirətin müqayisəsini bu möhtəşəm bənzətmə ilə ümmətinin seçiminə buraxır. Oxuyaq: “Axirətin yanında dünyanın halını bilmək üçün şəhadət barmağınızı suya batırıb baxın. Barmağınızdan süzülən su nə isə dünyanın halı da odur”.

Bu hədisi oxuduqdan sonra bir stəkana su töküb barmağımı suya batırıb çıxartdım və barmağımdan tökülən su damlaları saydım. 3-4 damla su töküldü barmağımdan. Qoca dəniz qarşısında tökülən 3-4 damla suya dəyər verən insanlar üçün baxın Allah təala nə buyurur: “Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir” Bəqərə 86
3-4 damlalıq dünya həyatının verdiyi ləzzət nə ertəsi günə, nə qəbirə nə də axirətə daşınmır. Tamamən vertual aləm. Həqiqət qarşısında vertual aləmi satın almaq ağıla batan bir iş deyil. Durum ticari məntiqə də uyğun gəlmir.  Kafir olanların dünyanı seçmələrini anlayırıq, yaxşı bəs biz inananlara nə deməliyik! Dünyanın keçici olduğunu bilə-bilə. Qəbirə dünyalıq olaraq sadəcə ağ bir parça götürəcəyimizi bilə-bilə.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar