Skip to main content


Heçolmasa bu Ramazanı qaçırma



Bir gün yeni müsəlman olmuş iki adam Talha b. Ubeydullahın qonağı oldu. Onlardan biri digərinə nisbətən daha çox çalışqan idi. Bu şəxs bir müddət sonra bir müharibədə şəhid oldu. Digəri bir il sonra vəfat etdi. Bir müddət sonra Talha r.a bu insanları yuxusunda gördü. Hər ikisi də qapıda cənnətə girmək üçün icazə gözləyirdi. İlk sıra sonradan dünyasını dəyişən şəxsə verildi. Yəni öz əcəli ilə ölən şəhid olandan öncə Cənnətə girdi. Səhər Talha gəlib yuxusunu Peyğəmbərə danışdı. Məclisdə hazır olan səhabələr təəccübləndilər. Peyğəmbərdən (s) bu işin hikmətini soruşdular. Peyğəmbər s.a.s onların sualını bir sual ilə cavablandırdı və sözlərinə başladı:
"Sonra vəfat edən əvvəlkindən bir il artıq yaşamadı?" Səhabələr:
Dedilər: "Bəli, ya Rəsulallah."
Sonra söhbət belə oldu:
"Bu adam Ramazan ayını dərk edərək oruc tutmadımı?"
"Bəli."
"Bir ildə bu qədər namaz, bu qədər səcdə etdi, elə deyilmi?" buyurdu. "
"Bəli."
Peyğəmbər digər əməlləri barədə soruşduqda və səhabələrdən "hə" cavabını aldıqda dedi:
"Deməli, ikisi arasındakı fərq yerlə göy arasındakı məsafəyə bənzəyir." (bax Musnəd, 1/163; İbn Macah, Tabir 10, no: 3925)
Əziz insanlar. Bu hadisə bizə Ramazanın nə qədər savable olduğuna açıq bir sübutdur. Yəni Biz bir Ramazan artıq yaşamaqla və Allahın əmrini haqqıyla yerinə yetirməyə çalışmaqla şəhiddən daha öndə ola bilərik. Ramazan Allahın Rəhmətinə nail olmaq və keçmiş günahlarının ağ vərəqə çevrilməsi üçün unikal bir imkandır. Elə buna görə keçmişdə insanlar həmişə Ramazana qovuşmağı arzu edirdilər. Cənnət qapılarının açıldığı, Cəhənnəm qapılarının bağlandığı bir vaxtı qaçırmaq olarmı? Allahın şəxsən mükafatlandıracağını vəd etdiyi orucu qaçırmaq olarmı? 1400 ildir bütün dünyada qəlbləri fəth etməyə davam edən Hz Peyğəmbərin sözlərinə boş yanaşmaq olarmı? Bilmək olmaz, bəlkə bu sənin son Ramazanın oldu, bir də bu imkanı tapmadın.
Və təsəvvür et ki, bu imkanı qaçırdın və öldün. Allahın hüzurundasan, əməllərin hesaba çəkilir, gözlərin bərəlib, həyəcandan ürəyin ağzına gəlir, ağlamaqdan gözündə yaş qalmıyıb. Və Quranda Allahın vəd etdiyi kimi Allahdan bircə şans istəyirsən ki, “Nolar məni bu dünyaya qaytar, söz verirəm, heç bir Ramazan, heç bir namaz qaçırmayacam, mütləq ömrümü ibadətlə keçirəcəm. Nə deyirsən edəcəm ama nolar bircə şans. Lakin o şans daha yoxdur. Hansı ölənin geri qayıtdığını və ona şans verildiyini görmüsüz? Öldün, bitdi, unuduldun… Nə pulun, nə sərvətin, nə ailən yoxdu, təksən. Peşman olursan, amma xeyri yox, ağlıyırsan çarə yox, yalvarırsan dinliyən yox və Cəhənnəmin uğultusunu eşidirsən…(uğultu səsi). Qaçmağa yer yox. Bütünlar bunlar adi sözlər deyil, qaçılmaz həqiqətdir. Tövbə et, Allaha dön. Heçolmasa bu Ramazanı qaçırma (2 dəfə)