Niyyətin İslamda rolu

    “Əməllər ancaq niyyətlərə bağlıdır...” Azan oxunulduğunda insanı yerinden qaldıran şey namaz qılma niyyətidir...Niyyətində namaz qılmaq yoxdursa ya da ən azından o an namaz qılmaq yoxdursa o insan oturduğu yerdə qalar. Eşidilən azan niyyətin qapısını döyərək bədəni yerindən qaldırmaq istər. Niyyət, sonraya saxlamaq istəyərsə, əlli dəfə də azanı eşitsə yenə yerindən qalxmayacaqdır. Deməli əməlləri qığılcımlayan şey niyyətin özüdür. ”Hər kəs üçün ancaq niyyət etdiyi vardır.”
    Yenə bir qadın düşünün. Başını və bədənini Allah`ın dediyi bir şəkildə bağlamır. Amma bu qadın soyuq hava səbəbilə və ya başqa səbəblərə görə başını və bədənini örtsə belə, Allah`ın əmrini yerinə yetirmiş olmur. Çünki Allah, ən əvvəl niyyətə  baxar.
    Hətta balaca bir uşağa yavaşdan bir şillə vurduğumuz zaman həmin an ağlamayıb şillə atanın üz ifadələrinə baxaraq niyyətini öyrənməyə çalışar. Əgər üz ifadəsi sərtdirsə ağlamağa başlayar. Əgər şillə vuran insanın üzündə təbəssüm varsa o uşaq da təbəssümə ortaq olar və ağlamaz. Əməllərdə niyyət çox önəmlidir.
    “Kimin hicrəti, Allah`a və Rəsuluna isə, onun hicrəti Allaha`a və Rəsulunadır.” Bu söz ilə bizlərə, ən gözəl hicrət ünvanı verilir. Çünki o ünvanda çox faydalar əldə edilir. Oxuyuruq:
    “Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah`a və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.”(nisa 100)
     Allah`a və Rəsuluna edilən hicrət insanın həm dünyada həm də axirətdə xoşbəxt olmasını təmin etdiyi halda, bütün bu gözəlliklərə qarşılıq  hicrət ünvanını “dünya və içindəkilər” hesab edənlərə isə çətinlik və bir xüsran vardır...
    İnsanoğlunun həyatına baxdığımız zaman bəzilərinin Allah və Rəsuluna, bəzilərinin dünya və içindəkilərinə, bəzilərinin də evlənmək istədiyi qadına doğru hicrət etdiklərini görürük...
    O zaman qarşımıza iki yol çıxır; Allah və Rəsulunun yolu, dünya və içindəkilərin yolu. Deməli tam bu yol ayrımında insana yön verəcək olan şey niyyətdir. Bu hədis bizlərə niyyətimizi gözdən geçirməyimizi də xatırladır.
    Niyyət cihazını əlinə alan insanoğlunun imanı yüksək bir səviyyəyə çatmışsa hara hicrət edəcəyini çox yaxşı bilir. Əgər, iman tam bir səviyyəyə çatmayıbsa ünvan tapmaqda olduqca sıxıntılar yaşayacağı məlumdur.
    İnsanın qəti düşməni olan şeytan onun niyyətilə oynamaq istəyəcəkdir. Əgər, niyyətinə bir mikrob batırmışsa  bu mikrob zaman keçdikcə böyüyəcəyindən insanı şirk bataqlığına belə sürükləyə bilər.
    Bu səbəblə oturub yaxşı düşünməyimiz lazımdır. Hansı güzərgah bizlərə xoşbəxt həyat vəd edirsə mütləq o ünvana son sürətlə gedilməlidir.
    Buradakı hicrətdən qəst Quran və sünnətə dönmək olduğunu xatırlayıb həyatımıza Allah və Rəsulunun sözlərinə yer verməmiz duasıyla.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.