Skip to main content


Gecə

Açıqlama:

Subhənallah! Cənnətə girəcəyi bilinən bir peyğəmbər və insan nəfsinə ən xoş gələn saatlarda ayaq üstə olur.  “Qalx və xəbərdar et” ayəsinə əməl edən bir peyğəmbər gecə belə oturmur. Belə bir qul ilahi sevgiyə necə layiq görülməsin ki?

Gecə; Bütün səslərin kəsildiyi bir zaman.

Gecə; Riyanın qaranlığa qərq olduğu bir zaman.

Gecə; İxlasın gün üzünə çıxdığı bir zaman.

Gecə; Münafiqlərin xoşlanmadığı bir zaman.

Gecə; İmanın və sevginin isbat edildiyi saat.

Gecə; Gündüz yorğunluğunu alan bir vitamin.

Gecə; Səhər gümrah qalxmanın yeganə əlacı.

Gecə; Yuxunun acımasızca yediyi ən bərəkətli zaman.

Gecə; Allah ilə dostluğunu qura bilməyənlərin yuxuya yem etdikləri ən dəyərli saatlar.

Gecə; Qiymətini bilməyənlərin yuxunu izlədikləri bir zaman.

Gecə; Səhabələrin bayram saatları.

Bəli. Hər insana hər gün gələn “gecə vaxtı” dəyərini bilənlərlə xoş vaxt keçirir. Gecə, elə bir zaman periodudur ki, insanın Allah ilə arasının necə olduğunu xəbər verir. Gecə; sanki qeybdən xəbər gətirir.

Bəli. Gecə vaxtı və Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin evi yuxu saatına məğlub düşməmişdir. Anamız Aişə radiyallahu anhə Peyğəmbərimiz salləllahu əleyhi və səlləminin gecə ibadətlərindən sadəcə namazı görün necə başa salır: “Allah Rəsulu salləllahu əleyhi və səlləmin ayaqları şişib çatlayana qədər gecələri ibadət edərdi”. Sübhənallah!

Gecəni ibadət edərək dincəlmək. İnsan uzandığı zaman və ya dincəldiyi zaman onun ayaqları şişməz. Allah`ın nemətlərinə həm gündüz, həm də gecə təşəkkür etmək. Bəli! Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin bu vəziyyəti ilə ibadətlərin Allah`a edilən bir təşəkkür oduğunu öyrədir bizlərə. “Allah`a çox şükr edən bir qul olmayımmı?” deyə sual verir.

Yerinə yetirilən bütün ibadətlər bir şükürdən ibarətdir. Çünki şeytanın Allah təalaya “Mən onların yolunda oturacam və Sən onlardan çoxunun şükr edənlərdən olmadığını görəcəksən” demişdi. Gecə Allah ilə görüşməyi çox sevənlərin ayırd edildiyi bir zaman dilimidir.

Allah təala bizləri də gecə həyatı yaşayan qullarından etsin.