Skip to main content


Kimi sevdiyinə diqqət et!

Bu hədisi oxuduğumuz zaman insanı axirəti düşünməyə vadar edəcək mükəmməl bir hədis oxuduğumuzu anlamırıqsa o zaman xahiş edirəm bir daha oxuyaq; “Kişi sevdiyi ilə bərabərdir”. Subhənallah! Tək cümləlik bu hədis insanın cənnət ya da cəhənnəmlik olub olmadığını göstərən bəlkə də tək xatırlatmadır.

Kişi, sevdiyi ilə bərabərdir. Onsuzda bu dünyada belə deyilmidir? İnsan sevdikləri ilə bərabər olmaq istər. Gününün böyük bir qismini sevdiklərinə ayırmaq istər. Kişi sevdikləri ilə bərabər olduğunda vaxtın necə keçdiyini belə bilməz. Sələfdən bir alim belə deyir: “Eyni cins quşlar birlikdə uçarlar”.

Bir insan pis əxlaqlı bir insanı da sevə bilər. Bu o demək deyildir ki, onu sevməyi cənnətinə təsir etməyəcəkdir. İnsan istər istəməz sevdiyinin əxlaqından və əqidəsindən təsirlənir. Bu normal bir haldir. Bu mövzuda Peyğəmbərimiz salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Kişi, dostunun dini üzərinədir. Sizdən birisi dostluq edəcəyi kəsə diqqət etsin”.

Kim cənnətə girmək istəyirsə,ya da cənnətdəki dərəcəsini artırmaq istiyirsə özündən daha təqvalı kimsələrlə birlikdə olması lazımdır. Öz əməllərinin yetərsiz qaldığı bir anda qardaşının əməlləriylə onun seviyyəsinə çatar. Bu çox düşünən insanlar üçün böyük bir qaydadır.

İmam Muslimin rəvayətinə görə Ənəs ibn Malik radiyallahu anhu belə demişdir: “Bir adam Allah Rəsulu salləllahu əleyhi və səlləmin yanına gələrək “Ey Allah`ın Rəsulu qiyamət nə zamandır?”deyə soruşdu. Peyğəmbər salləllahu əleyhi və səlləm cavabında “Qiyamət üçün nə hazırlamısan ki?” deyə soruşdu. Həmin adam “Allah`ın və Rəsulunun sevgisini” deyə cavab verdi. Peyğəmbər salləllahu əleyhi və səlləm isə “Şüphəsiz ki sən sevdiklərinlə bərabər olcaqsan”deyə buyurdu.

Ənəs ibn Malik radiyallahu anhu demişdir: “Müsəlman olduqdan sonra, Allah Rəsulu salləllahu əleyhi və səlləmin “Şüphəsiz ki sən sevdiklərinlə bərabər olacaqsan”sözündən dolayı sevindiyimiz qədər heç bir şeyə sevinmədik”.

O başqa bir yerdə demişdir: “Budur mən Allah`ı, Rəsulunu, Əbu Bəkri və Öməri Allah ikisindən də razı olsun sevirəm. Hər nə qədər onların əməlləri kimi əməl edə bilməsəm də onlarla birlikdə olacağıma ümid edirəm”.

Buxari və Muslimin rəvayət etdikləri bir başqa hədisdə Abdullah ibn Məsud radiyallahu anhu bunları demişdir: “Bir nəfər Allah Rəsulu salləllahu əleyhi və səlləmin yanına gələrək dedi:

“Ey Allah`ın Rəsulu, bir topluluğu sevməklə birlikdə onlar kimi əməllər etməyən kimsə haqqında nə deyirsən?” Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “İnsan sevdiyi ilə bərabərdir”.

Allah Rəsulunun “İnsan sevdiyi ilə bərabərdir” sözünün mənası o deməkdir ki, onlar cənnətdə birlikdə olacaqlar.

Hədisdən çıxarılacaq dərslər:

1-Siyahımızda adını qeyd etdiyimiz yoldaşlarımızın İslamlarını təkrar olaraq gözdən keçirək.

2-Cənnət  və cəhənnəmdəki həyatı çox yaxşı oxumağımız bu hədisi anlamağa bizə yardım edəcək.

3-Yaxşılarla bərabər olmaq dedikdə sadəcə əxlaqlı olanlarla bir yerdə olmaq nəzərdə tutulmamalıdır.

4-Sevdikləriylə bərabər olan bir insan dostunun həm əxlaqından həm də ibadət həyatından təsirlənəcəyi üçün bu iki şeyə diqqət etməlidir.

5-Cənnətə gedəcəyi dəqiq bilinən Peyğəmbər salləllahu əleyhi və səlləmi və cənnətlə müjdələnən insanları sevək. Onlara olan sevgimiz bizi onların məqamına çatdıra bilər.