Skip to main content


İlk maneəni keçənə dəftəri sağdan verilər

Açıqlama:

Dünyanın Allah qatındakı yerinin bir milçəyin qanadı qədər də dəyəri olmadığını əshabına öyrədən Peyğəmbərimiz salləllahu əleyhi və səlləm, axirət həyatını əshabının qəlbinə bir naxış kimi işləmişdir. Səhabələr dünyanı bir imtahan otağı olaraq başa düşdükdən sonra əsl istiqaməti axirətə tərəf yönləndirmişdilər.

Cənnətə bağlanan səhabələrin önündə iki ayrı dayanacaq vardır. Bu dayanacaqda nələr olur? Necə sıxıntılar vardır? Bu sıxıntıları necə keçmək lazımdır?- kimi qeyb sualları insanı haqlı olaraq intizarda qoyur.

Bəli “hər insanın kölgəsi qəbrinə düşər” deyir bir İslam dəvətçisi. Hər keçən gün kölgələrimiz qısalır və çuxurlarımızı doldurur. Gün gələcək və bizlər yerin iki metrlik altına köçəcəyik. Daha sonra sərhədsiz bir həyata səfər ediləcək. Biz qəbirlərimizə girən kimi sorğu mələkləri başımıza yığışıb sorğu-suala başlayacaqlar. O sorğudakı cavablarımız əbədi məkanımız haqqında bizə ilk xəbəri verəcək.

Ümmətinə qarşı çox mərhəmətli olan Peyğəmbərimiz salləllahu əleyhi və səlləm bizlərə çox önəmli şeyrəri xatırladır. Qəbir həyatına və suallarına indidən hazırlaşmasaq, yəni bu mövzuya ciddi yanaşmasaq, dünya məşqələsi onu bizə unutdurar və qəflətən hazırlıqsız yaxalanmış olarıq. Allah təala bizləri qorusun!

Bu önəmli hədisimizdən bəzi dərslər çıxarmağa çalışaq inşəAllah.

Hədisdən çıxarılan dərslər:

1-Qəbir, insanlar üçün varlığı labüd olan bir dayanacaqdır. Qəbir Cənnət və ya Cəhənnəmə sövq ediləcək olanların ilk dayanacaq yerdir.

2-Qəbir sualları haqdır və qəbir suallarına insanın əməlləri cavab verəcəyindən insanın dünyadakı yaşam şəklinin qəbir həyatıyla yaxından bir əlaqəsi vardır.

3-Qəbir sualarına hazırlaşmayan insan hesab günündə sıxıntılı anlar yaşayar.

4-Kim Cənnətə girmək istəyirsə qəbir suallarından olan “Rəbb`in kimdir?” “Dinin nədir?”  “Peyğəmbərin kimdir?” suallarına indidən hazırlaşmalıdır.

5-Peyğəmbərimiz salləllahu əleyhi və səlləm bizlərə qeybi bir məlumat vermişdir. Heç bir səhabənin bu məlumata etiraz etmədiyinə şahid oluruq

6-Qəbir suallarından sonra bir başqa hesab yeri də vardır. Qəbir və məhşər sualları bir-biri ilə bağlantılıdır.

7-Ölümü tez-tez xatırlaması üçün qəbir ziyarətləri edən Peyğəmbərimiz salləllahu əleyhi və səlləm normal zamanlarda da qəbir həyatını ümmətinə xatırladıb diqqətlərini əsl yurdlarına çəkmişdir.

 

QAYNAQLAR

[1]Tirmizi Zuhd 5; Ibn Macə Zuhd 32; Musnəd I 63-64