Skip to main content


Allah`ı yaxşı tanımaq

Açıqlama;

Oxuduğumuz hədisdə bir insanın Allah təala haqqında müəyyən bir qənaətə gəlməsi üçün Onu çox yaxşı tanıması lazım olduğu göstərilmişdir. Əks təqdirdə həmin insanın doğru bir qənaətə gəlməyəcəyini görərik. Məsələn; Allah`ın mərhəmətli olduğunu bilməzsə ümidsizliyə düşər və belə bir qənaətdə olar: “Allah məni bağışlamaz. Zənn etmirəm ki, bu qədər günahlarımı bağışlasın”.

Bu cür inanc haqqında görün Allah təala nə buyurur: “Allah`ın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allah`ın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”.

Bir başqa inanc növü də Allah`ın mərhəmətinə güvənib əzab verən sifətlərindən qafil olmaqdır. Bu cür halllarda insan tövbə etməyə ehtiyac duymadan çoxlu günah işləyər. Bu cür inanc üçün isə baxın Rəbb`imiz nə buyurur: “Ey insanlar! Həqiqətən, Allah`ın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxartmasın”.

Deməli yalnış anlayış insanı həlaka sürükləyir. Hədisdən çıxan dərslər:

1-Allah haqqında yaxşı zənndə olmağımız üçün isim və sifətlərini doğru bir şəkildə öyrənməliyik.

2-Allah`a qarşı pis zənn bəsləmək şeytanın işini asanlaşdırar.

3-Allah`ın əzabının olacağını unutmaq insanı günaha sürükləyər.

4-Kim Allah ilə bərabər olmaq istəyirsə Allah`ı hər zaman zikr etsin.

5-Allah qulunun Onu zikr etməsini sevir.

6-Allah`a qarşı hüsnü zənndə olmaq imanın zirvəsidir. Bu zirvəyə çıxmaq üçün Peyğəmbər salləllahu əleyhi və səlləm və səhabələrin həyatına baxıb nəfsə ən ağır gələn imtahanlarda belə Allah`a üsyan etməyib əksinə şükr etməklərinə şahid oluruq. Bu səviyyəyə çatmaq üçün Peyğəmbər salləllahu əleyhi və səlləm və səhabələrin Allah`a qarşı göstərdikləri hüsnü zənn səhnələrini diqqətlə oxuyub həyatımıza tədbiq etməliyik.

7-Allah təala “məni zikr edənlə bərabərəm” deyərkən həm bizi gördüyünü həm də səsimizi eşitdiyini bizə eşitdirmiş oldu.