Hz Fatimənin Aləmlərə örnək mehiri

- “Yanımda (dəyərli) bir şey yoxdur”.
- “Sənin zıirehin haradadır?”
- “Yanımdadır”.
- “Ona bu zirehi (mehir olaraq) ver”.

   Əli ibn Əbu Talib raduyallahu anhu hədisdə bildirilən zirehi satışa çıxardı. Bundan xəbər tutan Osman raduyallahu anhu 400 dirhəm qarşılığında zirehi aldı və pulunu ödədikdən sonra zirehi Əliyə hədiyyə etdi.
Osman raduyallahu anhunun bu nəcib davranışından xəbərdar olan Peyğəmbər salləllahu əleyhi və səlləm son dərəcə məmnun qaldı və ona xeyir dua edərək:

                                  “Osman, Cənnəttə mənim qardaşımdır deyə buyurdu.

   Hz Fatımə radiyallahu anhə 400 dirhəm mehirlə Əli ibn Əbu Talib radiyallahu anhuya nikahlandığını anlayınca, sevgili atasına dedi:

   “Əziz atam, hər kəsin mehiri, nikah kəsilərkən qızıl və ya gümüş olaraq müəyyən edilir. Mənim mehirim də yalnız bunlarla təqdir ediləcəksə, sizinlə digər insanlar arasında nə fərq olar? Mənim könlüm istəyir ki, sabah- məhşər günü ümmətinin günahkarlarına sizin şəfaət etməyiniz, onların Allah`ın əfv və məğfirətinə nail olmaları mənim mehirim olsun”.

Allah Rəsulu salləllahu əleyhi və səlləm Allah`ın bu arzunu qəbul etdiyini qızına bildirdikdən sonra:

                     “Peyğəmbər qızı olduğunu göstərdin, afərin sənə”                                                                                                                       deyə buyurdu. (ət-Tac 2/271)

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.