Hər zaman qədrini sən bil, ananın həm atanın


Əzab-əzyətnə müqabil ananın həm atanın,
Hər zaman qədrini sən bil, ananın həm atanın,
 
Necə ki, halıva yanmışdı sənin, sən də o cür,
Vəzyətindən olma qafil ananın həm atanın.
 
Qəlbi xoş etmək üçün olmasa da cahicəlal,
Xoş edər qəlbini xoş dil ananın həm atanın.
 
Hər oğul güzgüsüdür öz evinin, ailəsin,
Edir əxlaqını təmsil ananın həm atanın.
 
Könlünü şad elə ki, ömrü firavan keçsin,
Varsa göz yaşı əgər sil ananın həm atanın.
 
Kim açıq olmağın istəyirsə Cənnət qapısın,
Olsun rızasına nail ananın həm atanın.
 
Necə ne'mətdi valideyin, sor yetimlərə sən,
Həsrətindədir ilbəil ananın həm atanın.
 
Ananın həm atanın qədrini cahil nə bilər?
Dərk edər zəhmətin aqil ananın həm atanın.
 
AbdulHayy

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.