Skip to main content


Bəlalardan


Ya Rəbb bizi Sən hifz elə nəfsani bəlalardan,
Et bizləri dünyadə həzər fani bəlalardan.
 
Bizlər günah etsək belə ey Rəbbimiz ard-arda,
Əfv et, bizi Sən saxlama möhnətdə, intizarda,
Açdıq Sənə əllərimizi ki, qoyma bizi darda,
Qorxmuş gözümüz,  gördüyümüz ani bəlalardan.
 
Insan necə aciz, necə nankor, necə tənbəldi,
Tərk eylədi zikri, ona şeytan həmin an gəldi,
Çox vəsvəsələr verdi, qarə oxla qəlbi dəldi,
Iman azalır get-gedə şeytani bəlalardan.
 
Var bəzisi, miskindi, pulu yoxdu külfətində,
Var xəstə, çarəsizdi, qalıb şəfa həsrətində,
Dünyadə sahib olduğu imanı nisbətində,
Qullar çəkilir sınağa Rabbani bəlalardan.
 
Baxdımsa hara, göründü gözlərimə mənim zülmət,
Çünki edilib tərki Quran ilə mühüm sünnət,
İllərdiki zillət içrə qəflətdə yatan ümmət,
Hey qan ağlıyır yəhudi, nəsrani bəlalardan.
 
Hərgahi həyat yolunda düz rahə tərəf getsək,
Iman gətirib, sidq ilə Allahə tərəf getsək,
Təzkiyyə edib nəfsi və islahə tərəf getsək,
Azad olarıq böyük və xudmani bəlalardan.
 
AbdulHayy