Skip to main content


Hər gün artdıqca sayı...


Hər gün artdıqca sayı cahili-biganələrin,
Yurdumuz, yurdu olur fitneyi-viranələrin.
 
Batili aşkar edib, haqq yolu göstərdi elm,
Qarə, zülmət gecədə bizlərə rəhbərdi elm,
Nura qərq etdi, yanan şam tək işıq verdi elm,
Biz də cəhd etdik olaq bənzəri pərvanələrin.
 
Hər günah parlaq elm nuruna naqis kimidir.
Ləkədir elmə və cahilliyə bais kimidir.
Elimin tərsi bir uçrumdu, xəbais kimidir.
Həmin uçrum məkanıdır dəli divanələrin.
 
Biz qədər ötən nəsillər heç qəbahət etmədi,
Durumundan qətiyən zərrə şikayət etmədi,
Elmin varlığı ol nəslə kifayət etmədi,
Əməllər ucaltdı şan şərəfni mərdanələrin.
 
Cahiliyyata yönəldi son zamanlar çoxusu,
Bürüyüb sanki bütün aləmi qəflət yuxusu,
Məst edib ruhunu palçıqlı bataqlıq qoxusu,
Nə bilir qədrini cahil zəfəran, nanələrin?
 
Ya elm öyrədən ol, ya öyrədəndən elm al,
Heç birsi deyilsənsə, onları sevməklə ucal,
Elimin yarısıdır ali və hikmətli sual,
Varsa dərdin, o işin əhlinə söylə, tez sağal,
Hər sual bir açardı qapısına əczanələrin.
 
Fikrivi qeyd elədin sətir sətir, Abdullah,
Sətrə mə'nadı verən xoş bir ətir, Abdullah,
Yoxsa sətrində ətir sözüvü bitir, Abdullah,
Deməsinlər bizi bezdiribdi meyxanələrin.
 
Abdullah Qılınc