İkisindən biridir


Hər kəsin axırı əlbət ikisindən biridir,
Ya rəzalət, ya səadət ikisindən biridir.
 
Allahı sevənlər Islami imar eylədilər,
Məkkəni fəth eliyib orda qərar eylədilər,
Çıxanda hər döyüşə dildə şüar eylədilər,
Ya zəfər, ya da şəhadət, ikisindən biridir.
 
Bu müsəlman əhlinin izzəti keçmişindədir,
Indiysə mürgülüyür, asta tərpənişindədir,
Camaatın başı qarışıb,hərə öz işindədir,
Ya siyasət, ya ticarət ikisindən biridir.
 
Məhşərdə veriləcəkdi hərənin əlinə öz kitabı,
Çəkilər hər bir əməldən dolayı haq-hesabı,
Çox adam inanmayır, verir bu axmaq cavabı,
"Ya nağıldır ,ya rəvayət ikisindən biridir."
 
Elə zənn eyləməsin qul, var ölümdən qaçışı,
Məhvə düçar olacaq yer üzünün hər qarışı,
Allaha söz verib hər kəs, indiysə davranışı,
Ya xəyanət, ya sədaqət ikisindən biridir.
 
Elə dövrandı bu dövran, çoxu düşmüş çətinə,
Uyub insan həyatın gəldi-gedər ləzzətinə,
Yazılıb xeyli əzəldən hamının qismətinə,
Ya zəlalət, ya hidayət ikisindən biridir.
 
 
Abdulhayy
 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar