Toy

Toy-nişannandı bugün dastan, otur tamaşa elə,
Gör nələr baş verir ey insan, otur tamaşa elə.
 
Tamada qeyd eliyir, vağzalıyla tamaşa gəlir,
Bəy, gəlin də baş rolda daxil olur, təlaşa gəlir.
Millət də görür qızın gözəlliyin cuşa gəlir,
Zərrə qisqanmıyır bəy-oğlan, otur tamaşa elə.
 
Kimsinin boynu, beli, kimisinin də sinəsi açıq,
Kimsi şalvar geyinib əyninə dar cırıq-cırıq,
Kimsi də mini geyir hətta arxasında yarıq,
Hərə bir cür geyinib üryan, otur tamaşa elə.
 
Bir nəsildən neçə naməhrəm əgər varsa qonaq,
Məcburi hər kəs ilə qucaqlaşır yanaq-yanaq,
Etməsən, deyəcəklər  ''tərbiyəsiz, biqanacaq''.
Ayıbdı get görüş hamıynan, otur tamaşa elə.
 
Addim atdınsa əgər haramlar qonağlığına,
Elə bil daxil olmusan günah batağlığına,
Ziyandi canə xeyli, digəl ki, can sağlığına,
Arsız arsız içilir şampan, otur tamaşa elə.
 
Elə ki, çatdi məqam, söndü işiq, vahimədir,
Oynamaq adıyla məclis qızışır, kimkimədir,
Bir də gördün səninlə rəqs eliyən xadimədir,
Guya ki, bilirmişsən çoxdan, otur tamaşa elə.
 
Hami toy edirsə, bəs etməyəsən sən nə üçün?
Milli adət gərəyi et daha zıppıltı düyün,
Əsli fürsətdi, toya gör neçə qız gəlib bugün,
Özüvə seçmək üçün canan, otur tamaşa elə.
 
Ey iman əhli, bu sözləri zarafatyanə dedim,
Bu acı həqiqətləri mən yanə-yanə dedim,
Tələbat çox olduğuyçün belə meyxanə dedim.
Olmaq üçün əməlvə peşman, otur tamaşa elə.
 
Həm də ki, müsəlman toyunun ayrı ləzzəti var,
Belə toylarda nə çalğı, nə içki söhbəti var,
Burda Qur'an və zikr kimi Rəsulun (s.a.s) sünnəti var.
Bir dəfə olsan əgər mehman, otur tamaşa elə.
 
Abdullah Qilinc

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar