Molla Əmi


Çox mәharәtlә basırsan gopa ay molla әmi.
Bir kәlәkbaz ola bilmәz sәnә tay molla әmi.
 
Elә zәnn eylәmә küfrün yayınar diqqәtdәn.
Çünki yoxdur xәbәrin zәrrә qәdәr şәryәtdәn.
Arsız-arsız danışırsan nә Quran sünnәtdәn?
Çayı bir şey ki içirsәn solaxay molla әmi.
Haram olsun sәnә yaslardakı çay molla әmi.
 
Avam insanlara әfsanәlәr uydurmadasan.
Nә'şәdәn gizlicә qәlyanıva doldurmadasan.
Gahi dindarlığ edib gahi arağ vurmadasan.
Buraxıbdır sәni zәnnimcә kitay molla әmi.
Yoxsa insan ola bilmәz belә zay molla әmi.
 
Nә qәdәr siğә duasın yazacağsan kağıza?
Bu zinakarlığı sәn saldın ağızdan ağıza.
Nә dә tәqvalı deyilsәn ki deyәk baxma qıza.
Get toy et birdәfәlik qalma subay molla әmi.
Toyun axrında zakaz ver şinanay molla әmi.
 
Pul qazanmağdan ötәr xeyli planlar cızdın.
Eşşәyin öldü, gedib torpağı әlnәn qazdın.
Basdırıb heyvanı üstündә QӘDİM PİR yazdın.
Nә qәdәr gәldi ziyarәtçi bu ay molla әmi?
Tüfürüb barmağıva pulları say molla әmi.
 
Millәtin seyr elәyirsәn acı göz yaşlarını.
Silmisәn birdәfәlik tarixi yaddaşlarını.
Sökmüsәn köhnә mәzarlığdakı baş daşlarını,
Tikmisәn şahlara layiqli saray molla әmi.
İstirahәtdәsәn hәr halda bu yay molla әmi.
 
Başqa bir mollanı görmәk sәnә pis tәsir edir.
Qәzәbinnәn çığırırsan ki, bu kimdir, bu nәdir?
Sәn gedirsәn ya o yerdәn ya hәmәn molla gedir.
Dalaşıb yasda salırsan hay-haray molla әmi.
Gündә bir yerdә çıxardırsan olay molla әmi.
 
Tutduğun yolda sәnin zәrrә qәdәr yoxdu xeyir.
Ziya ancağ sәnә Allahdan hidayәt dilәyir.
Kim ilә söhbәt edirsәn, sәnә axırda deyir:
Sәnә bir kәlmә sözüm qalmadı day molla әmi.
Yeri get beynimi çöndәrmә, davay molla әmi...
 
Ziya

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.