Dinimiz Islam


Verib Rəbbimiz qərar.
Islamın beş şərti var.
Kim bunları bilərsə,
Və əməl eyliyərsə,
Cənnət olar məskəni.
Indi dinləyin məni.
Bir - Kəlməyi şəhadət,
Budur düz istiqamət.
Lə iləhə illəllah,
Muhəmmədən Rəsulallah.
Iki - namaz, ibadət,
Gündə beş dəfə əlbət.
Təmizlənər qəlbimiz,
Əmr eliyib Rəbbimiz.
Üç - oruc Ramazanda,
Tutaq vaxtı çatanda.
Cisim və mənəviyyat,
Sonda olur pak, rahat.
Dört - də ziyarət etmək,
Kəbəyə Həccə getmək.
Geyinib ağ ehramı,
Təvaf eyləyir hamı.
Beş - hər ildə bir səfər,
Öz malından bir qədər,
Varlılar kasıblara,
Zəkat versin onlara.
Islam dini ədalət,
Haqq, tövhiddən ibarət.
Hifz eləsin beynimiz,
Budur bizim dinimiz.

AbdurRahman Zubeyr

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar