Skip to main content


Iman nədir?


Allah bizə əmr edir,
Öyrənək, iman nədir!
Iman sözdür, əməldir,
Dində əsas təməldir.
Söz deyilir qəlb ilə,
Həm də gətiririk dilə.
Əməl bədənmizlədir,
Həm də qəlbimizlədir.
Imanın açıq aşkar,
Altı dənə şərti var.
Bir - Allaha inanmaq,
Ona güvənib, dayanmaq.
Iki - mələklərə iman,
Bu haqdır, deyil yalan.
Üç - kitablara iman,
Yol göstərir hər zaman.
Dörd - rəsullar, elçilər,
Haqqa dəvət etdilər.
Beş - Axirət günündə,
Cavab ver Haqq önündə.
Altı - qədər və qismət,
Hər şey yazılmış əlbət.
Kim pis əməl edərsə,
Səhv bir yolla gedərsə,
Onun qəlbi qaralar,
Iman düşər, azalar.
Saleh əməl edənlər,
Düz yol ilə gedənlər,
Əməllərlə ucalar,
Iman qalxar, çoxalar.

AbdurRahman Zubeyr