Zindanda


Işgəncə görür xeyli müsəlman qara zindanda,
Ya Rəbb, kömək et Sən hər zaman onlara zindanda.
Baxdım mən iman əhlinə ekranda xəcalətlə,
Kimlər ki, sürür içəridə öz ömrünü əzyətlə,
Üz cizgilərinə baxınca bir anlığa diqqətlə,
Hər çəkdiyi qəm qüssə çıxır aşkara zindanda.
Bizlər gəzirik şəhərlərdə, baxçada, bağlarda,
Keyf eyliyib, axşam yatırıq isti yatağlarda,
Amma içəridə yaşlı, cavan hətta uşağlar da,
Alçaldılaraq hey çəkilirlər dara zindanda.
Məzlum açır öz əllərini Allaha xəlvətdə,
Şeytan da verir vəsvəsələr bucür vəziyyətdə,
Yoxdur yemək və içməyi, ac qalır əsarətdə,
Tənha bürünüb kimsəsiz ağ paltara zindanda.
Kimsə əgər axtarmaq istəyirsə nədir gerçək,
Söyləyərdim içəridə müsəlmanlara bir baş çək,
Çün hali yamandan yamandı, görsən əgər tək-tək,
Kaş ki, acı gerçəkləri o axtara zindanda.
Dünyanı alıb cənginə nifrət ya həsəd, ya kin,
Çünki uyub öz nəfsinə insan deyilən sakin.
Görmür xətanı özündə, çox kibirlidir, lakin,
Tez dərk eliyər, qalsa əgər bir ara zindanda.
Dünya evi zindandı, bunu biz bilirik zatən,
Amma həqiqi zindan isə, bir ayrı cür məskən,
Zindan içrə zindan nə deməkdir, düşünək hərdən,
Qəlbində məhbusun ikiqatdır yara zindanda.
Yardım edə bilməsək də heç, onlar üçün bari,
Ixlasla dualar eyliyək biz gecənin yari,
Ya Rəbb, kim atarsa əl-ayaq müsəlmana sari,
Et əl-ayağını qırıq-qırıq, para para zindanda,
Talha Ubeydullah
 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar