Ayıl Dostum

Dinimizlə tapıb bizi,
Üzü üstə yıxıb bizi,
Qandallara sıxıb bizi,
Tapdalamaq istəyirlər.
Ayıl, dostum, torpağını
Parçalamaq istəyirlər.
 
Ayırdılar bizi dindən,
Vaxtımızı 5 etməkdən,
Taxtımızda bilərəkdən
Baltalamaq istəyirlər,
Ayıl dostum, İslamını
Başqalamaq istəyirlər.
 
Dost dediyin millətə bax,
Döyüşlərdə olur iraq,
Düşməninə verib dayaq,
Səni yıxmaq istəyirlər,
Ayıl dostum, türk adını
Yağmalamaq istəyirlər.
 
Qardaşınla düşmən edib,
İki üzlü bir 'sən' edib,
Saçlarını dən-dən edib
Qəfil yolmaq istəyirlər,
Ayıl dostum, qardaşını,
Sənlə vurmaq istəyirlər.
 
Terror etdi din adını,
Sındırırlar inadını,
Müslümanın bayrağını
Haçalamaq istəyirlər,
Ayil dostum, Quranını
Sənlə danmaq istəyirlər.
 
Müsəlmana gəlmədi güc ?
Çölümüzdən yetmədi güc,
Bildilər ki bitmədi güc,
Dinlə qarmaq istəyirlər
Ayıl, dostum, imanını
Ələ almaq istəyirlər..
 
Ayıl, dostum, tezdir hələ,
Qurmamışdan sənə tələ,
Öz haqqını vermə yelə,
Dini oymaq istəyirlər,
Özləritək müsəlmanı
Kafir qoymaq istəyirlər.
 
Kamran Karani

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.