Skip to main content


Belə bir nəsil olmamışdı

Zilləti sevən bir nəsil yetişir
Oxşadır özünü niksona, cona
Kim deyir yaralar çevik bitişir
Dost düşmən əliylə duz səpir qana

Deyirlər gərək biz yenidən baxaq
Qeyrətə, namusa, iffətə a dost
Papağı çıxarıb bir yerə soxaq
Əlvida söyləyək millətə a dost

Deyirlər gərək ki, seks azad olsun
Kişi də arada uzansın tərsə
Gedəlik üsluyla yurd "abad" olsun
Dəyyusluq haqqını çıxaraq səsə

Deyirlər qoy çəksin meydan tv-lər
Fikir azadlığı, can azadlığı
Ucadan səslənsin şeytan tv-lər
Bizlərə lazımdır gen azadlığı

Əsirlərimiz var nənə olubdur
Artıq ümidi də dəfn edib orda
Burada kişi var ibnə olubdur
Paylayiı yaxına, uzağa barda

Sosial qayğını önə keçirdik
Soyunan namusu yetim buraxdıq
Qıcadiq hirsi də dinə keçirdik
Yeni dəyərlərçün yaman darıxdıq

Arzusu burnuna pirsinq taxmaqdır
Şalvarın budunu, dizini cırıb
Atasın qəbrinə iynə soxmaqdır
Üzündən həyanın izini cırıb

Kim Qərbden pul alır olur qəhrəman
Demokrat gedələr moddadir indi
Ürək də dözməyir partlayər yaman
Xarici xirtdəyə atiı kəməndi

A millet, etiraz etmək istəsən
Gərək holland kimi geymi olasan
İrəliyə doğru getmək istəsən
Övrətləri açıq səymi olasan

Allahdan qorxmağın yaxşi olardı
Rəsulu numune götürməyinlə
Öz üzün qalardı, siman qalardı
İmanlı nəsillər yetirməyinlə.

Azər Hüseynov