Skip to main content


Dəvətdə Hz. Musa örnəyi

Quranda diqqətimi Hz. Musanın bir qibtini öldürməsi cəlb etdi... Musanı bu işə onunla eyni zahiri əqidədə olan bir yəhudi cəlb etdi... Sonra Musa bu əməlin şeytandan qaynaqlandığını söylədi... ikinci dəfə Musa ona kömək etmədi....

DİQQƏT!!!! Bəzən bizimlə eyni əqidədə olan amma öz nəfsinə görə ictimai və insani nizami pozan yersiz hərəkət edən və davakar adamlar olur... Biz sadəcə Musa qeyrəti ilə onları dəstəkləmək istəyib Musanın səhvini təkrar etməməliyik. Çünki bu hər birimizin Musalıq missiyasına zərbə vurar. O qissəni oxuyun. Ikinci dəfə həmin yəhudi ilə dava edən qibti Musaya: "Sən keçən dəfə də birini öldürdün, islah edənlərdən olmaq istəmirsən" deyə səslənir....

Bəzən bir möminin yersiz hərəkəti Musaların imicinə zərbədir! Musalar isə haqq yolunda dəvətlə məsuldur. Bu yolda qarşısına çıxacaq maneələri bəsirət gözüylə dərk etməli və onları aşmağa çalışmalıdır.

Özəl qələmdən....