İslamda musiqi dinləməyin hökmü

Onlardan sadəcə bəzilərini sizə təqdim edəcəyik. Allah təala buyurur: İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. (Loğman 6) İbn Abbas radiyallahu anhumə bu ayə ilə bağlı demişdir: “Bu musiqidir”. Mücahid demişdir: “Boş söz; yəni təbil”. Həsən əl-Bəsri demişdir: “Bu ayə musiqi haqda nazil olmuşdur”.

Bir başqa ayədə deyilir: Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. (İsra 64)  İbn Kəsir və Təbəri Mücahiddən bu ayə haqda belə dediyini rəvayət etmişlər: “Səsinlə; yəni vəsvəsənlə, musiqi ilə və günaha yol açan hər bir şey ilə”.

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal sayacaq  bir qrup olacaq”. (Buxari təliqdə 5590)

İndi isə İslam alimlərinin musiqiyə dair sözlərini sizə təqdim edirik:

İmam Şafii demişdir: “Mahnılar - əxlaqsız əyləncədir və onunla maraqlanan şəxs də ağıldankəmdir, onun şəhadəti də qəbul olunmur”.  

İmam Əbu-Hənifə demişdir: “Musiqi dinləmək - əxlaqsızlıqdır, ondan həzz almaq isə - imansızlıqdır”.

İmam Malik demişdir: “Musiqini yalnız əxlaqsız insan dinləyir”.

İmam Əhməd demişdur: “Bu çirkabdır və mahnı oxunan yerdə oturmaq da qadağan olunur”.

Əbu-Bəkr radiyallahu anhu musiqini “Şeytanın tütəyi” adlandırıb.

Abdullah ibn Məsud radiyallhu anhumə demişdir: “Mahnılar qəlbdə nifaq (ikiüzlülük) yaradır”.

Dəhhak demişdir: “Musiqi Rəbb`i qəzəbləndirir, qəlbi isə korlayır”.

Yezid ibn Abdullah demişdir: “Musiqi ehtiras oyadar, çaxırı əvəz edər və ləyaqəti məhv edər”.

Ərəblərin bir məşhur sözləri var; “Mahnı - zinanın sehridir”.

“Nə Peyğəmbər salləllahu əleyhi və səlləm nə də onun səhabələri heç zaman musiqi dinləmək üçün toplaşmazdılar, buna görə də Əbu-Bəkr radiyallahu anhu onu “Şeytanın tütəyi” adlandırırdı.

Alimlər demişlər: “Mahnı ifa edən kişilər hermofroditdir, öz səslərini incəldərək, özlərini qadınlara bənzədir və zinakarlıqla fərqlənirlər”.

Şatıbi, əl-İtisam kitabında 1/368 demişdir: “Musiqi heç zaman ərəblərin adəti olmayıb. Lakin onların musiqi aləti olmadan oxuduğu şerləri olub”.

“Bütün din alimləri razılaşır ki, o, Quran oxusa belə yad qadının səsindən zövq almaq haramdır”. (əl-Cəzairi)

İbn Abbas radiyallahu anhumə demişdir: “Qaval qadağan olunub, baraban qadağan olunub, bütün simli alətlər qadağan olunub və bütün nəfəs alətləri qadağan olunub”. (əl-Bayhəqi 10/223)

İmam Əbu Səvr, Əbu Hənifə və onun iki tələbəsi Əbu Yusuf və Məhəmməd demişlər: “Oxumaq və mərsiyəyə görə haqq ödəmək caiz deyil. Musiqi – qəlbin çaxırıdır”. (Məcmu`ul-Fətava 10/417)

İmam Malikdən soruşurlar ki, insan bir yerdən keçdiyi zaman və ya oturduğu zaman fleytada və ya barabanda ifa eşidər və bu onun xoşuna gələrsə, nə etməlidir? O cavab verir: “Bu onun xoşuna gəlməyə başlasa, o ayağa durmalıdır. Əgər o yol ilə gedirsə, ya geriyə qayıtmalı, ya da tələsik irəli getməlidir”. (əl-Cami 262)

ən-Nafi nəql etmişdir: “Bir dəfə İbn Ömər radiyallahu anhu yoldan keçərkən tütək səsi eşidib və barmaqları ilə qulaqlarını tutub, daha sonra o yerdən uzaqlaşaraq, deyib: “Mən Allah Rəsulu sallallahu əleyhi və səlləmin çobanın tütək səsini eşitdikdə, eyni hərəkəti etdiyini görmüşdüm”. (Əhməd 4535, Əbu Davud 4929)

Yuxarıda qeyd olunanlardan ancaq belə bir nəticəyə gəlmək olar ki, musiqi dinləyən şəxs - natamam dindardır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar