Başına bir müsibət gələndə qəzəblənib özündən çıxanın hökmü nədir?

Birinci dərəcə: Qəzəblənməkdir və bunun da bir neçə növü var.
a) Sanki qəlbi ilə Rəbbinə qarşı qəzəblənmək və Onun təqdirinə (yazısına) hirslənmək. Bu hal haramdır. Bu hal onu küfrədək apara bilər. Uca Allah belə buyurur: " İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O şəxs dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur." ( əl-Həcc)
b) Dili ilə fəryad qoparıb ah-nalə çəkmə və buna bənzər şeylər etmək. Bu da haramdır.
c) Əliylə üzünə vurması, üst-başını yırtması, saç-başını yolması və buna bənzər əzalarla bir şey etməkdir. Bu da haramdır. (Qeyd edilən) şeylərin hamısı vacib olab səbrə ziddir.

İkinci dərəcə: Səbir mərtəbəsidir. Bir şair bu haqda demişdir:
الصبر مثل اسمه مر مذاقته لكن عواقبه أحلى من العسل
Səbir adı kimi dadı acıdır
Nəticələri isə baldan şirindir.
( Bu dərəcədə ) insan bunun ona çətin ( ağır) olduğunu bilir, ancaq buna baxmayaraq dözümlü(səbirli) olur. Bu cür şeyin baş verməsini xoşlamaz, ancaq imanını qəzəbdən qoruyub saxlayar. Belə bir şeyin baş verməsi də, baş verməməsi  də nəzdində eyni deyil. (Ən azı bu halda olmaq) vacibdir. Çünki Uca Allah belı buyurur: " ...Səbir edin, çünki Allah səbir edənlərlədir." (Ənfal 46)

Üçüncü dərəcə: Razılıq dərəcəsidir. Bu dərəcədəki insan müsibətə razıdır, müsibət baş verdi və ya baş vermədi, onun üçün eynidir. Müsibətin baş verməsi ona məşəqqət gətirməz. O ağır çətinliklə buna dözməz. Bu müstəhəbdir. Daha üstün rəyə görə vacib deyildir. Bu dərəcə ilə əvvəlki dərəcə arasındakı fərq açıq-aydındır. Çünki müsibətin var olması da, yoxluğu da bu dərcədə razılıq yönündən eynidir. Bundan əvvəlkində isə, müsibət həmin adama çətindir, amma bu çətinliyə səbr edər ( üsyan etməz )

Dördüncü dərəcə: şükür dərəcəsidir. Bu ən yüksək dərəcədir. Bu dərəcədə olan kimsə bu müsibətin günahlarının bağışlanmasına və bəlkə də savablarının artmasına səbəb olduğunu bildiyi üçün başına gələn bu müsibətə səbr edər. Allah Rəsulu ( sallallahu aleyhi və səlləm) demişdir: “Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın.” (əl-Buxari, 5642)

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.