Namazda ən çox edilən xətalar

Namaz dinin dirəyi və İslamın əsas ayinidir. Kəlimeyi şəhadətdən sonra İslamın ikinci şərtidir. Allah`ın meracda Allah Rəsulu salləllahu əleyhi və səlləmə əmr etdiyi xüsusi bir ibadətdir. Məhz bu xüsusiyyətlər namazın Allah qatında nə qədər dəyərli bir əməl olduğunu göstərir. Bu əməli qayda-qanunlarına görə tətbiq etmək hər birimizin önəm verməli olduğu bir xüsusdur. Bu gün insanlar arasında tez-tez namaz əsnasında bilmədən edilən xətalara rast gəlinir.
Bu məqaləmizdə bu xətalara toxunaraq onların aradan qaldırılması üçün cəmiyyətimizə dəstək olmaq istəyirik. Allah`dan müvəffəqiyyət diləyirik!! Namazda tez-tez rast gəlinən xətaları belə sıralamaq olar:
Rukuda yetərincə əyilməmək- Aişə radıyallahu anhədən gələn bir rəvayətdə deyilir: “Peyğəmbər salləllahu əleyhi və səlləm Rukuya getdiyi zaman başını nə qaldırar, nə də əyərdi, bu ikisi arasında bir ölçüdə tutardı. (90 dərəcə vəziyyəti) Rukudan başını qaldıranda yaxşıca dikəlib ayaq üstə dayanmadıqca səcdə etməzdi. Səcdədən başını qaldırdığı zaman yaxşıca oturmadan ikinci səcdəni etməzdi”. (Əbu Davud: 122, İbn Məcə: 4, Əhməd: 6/31, 171, 194, 281)
Rukudan sonra tam doğrulmamaq- Namazı necə qılacağını soruşan birinə Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “…sonra rukuya get, bədənin tam sabitləşənə qədər gözlədikdən sonra başını qaldır və ayaqda tam doğruluncaya qədər qalx…” (Buxari: 15, Tirmizi: 110, Nəsai: 7)
İki ayağı yayaraq oturmaq-“..Allah Rəsulu salləllahu əleyhi və səlləm iki səcdədən sonra oturduğu zaman sol ayağını yerə yatırıb üzərinə oturar, sağ ayağını isə dik tutardı…” (əl-Umm: 1/116-dan xülasə)
Təkbir gətirərkən əlləri qaldırmamaq- İbn Ömər radıyallahu anhudən belə dediyi rəvayət edilir: “Peyğəmbər salləllahu əleyhi və səlləm namaza qalxdığı zaman əllərini çiyin səviyyəsinə çatana qədər qaldırdıqdan sonra təkbir gətirərdi…” (Buxari) Müslimin rəvayəti isə belədir: “Abdu`l-Cəbbar ibn Vail radıyallahu anhu atasından nəql edir ki, atası Vail Allah
Rəsulu salləllahu əleyhi və səlləmin namaza başlayarkən əllərinin baş barmaqlarını qulaqlarının yumşaq ətinin səviyyəsinə qədər qaldırdığını gördüyünü söyləyib”. (Darimi: 31, Əbu Davud: 116)

Namaz əsnasında baxışları qaldırmaq- Ənəs ibn Malik radıyallahu anhudan rəvayət edildiyinə görə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Bəzi kimsələrə nə olur ki, namazlarında gözlərini səmaya dikirlər?” Sonra sözünü daha da şiddətləndirdi və: “Ya bundan əl çəkərlər, ya da gözlərinin nuru alınıb kor olarlar” buyurdu. (Buxari: 92, Müslim: 117, Əbu Davud: 163, Nəsai: 9)
İqamə oxunduqdan sonra nafilə namaz qılmaq- Əbu Hüreyrə radıyallahu anhudan rəvayət edildiyinə görə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Namaza durmaq üçün iqamə gətirildiyi zaman fərz namazdan başqa bir namaz yoxdur”. (Tirmizi: 312, 421, Nəsai: 60, İbn Məcə)

Cərgələr arasında boşluq buraxmaq- Cabir ibn Səmurə radıyallahu anhudan rəvayət edildiyinə görə o belə demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm evindən çıxıb yanımıza gəldi və buyurdu: “Mələklərin Rəbbləri hüzurunda cərgəyə düzülüb durduqları kimi cərgəyə düzülün!” Bundan sonra biz “Ey Allah`ın Rəsulu! Mələklər Rəbblərinin hüzurunda necə cərgəyə düzülüb dururlar?” deyə soruşduq. O buyurdu: “Onlar öndəki cərgələri tamamlayıb bir-birinə pərçimlənmiş kimi bitişik durarlar”. (Müslim: 119, Əbu Davud: 93, Nəsai: 28, İbn Macə: 50)
Rəsim/foto, televiziya kimi şəkillərin olduğu yerdə namaz qılmaq- Ənəs radıyallahu anhu rəvayət edir ki, Aişə radıyallahu anhə üzərində rəsmlər olan bir pərdə ilə otağının bir tərəfini örtmüşdü. Peyğəmbər salləllahu əleyhi və səlləm ona “Bu pərdəni qarşımızdan çək. Çünki onun təsvirləri, namazımda mənə görünüb durur” buyurdu. (Buxari: 1/470-471)
Çiyinləri örtməyən paltarla namaz qılmaq- Əbu Hüreyrə radıyallahu anhu demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm “Heç biriniz üzərində bir tək qumaş varkən onun bir miqdarını boynunun kökü ilə çiyin başları arasına dolamadan namaz qılmasın” deyə buyurdu. (Buxari: 1/457)
Namazda paltarı toparlamaq/qolları qatlamaq- Abdullah ibn Abbas radıyallahu anhu demişdur: “Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “...Bir də geyim və saçlarımızı toplamamaqla (əmr olunduq)”. (Buxari: 133-134)
Sonradan camaata yetişən kimsənin imamın ayağa qalxmasını gözləməsi- Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Siz məscidə gəldiyiniz zaman (camaat namazı başlamışdırsa), imam (qiyam, ruku, səcdə, təşəhhüd) hansı hal üzərə olarsa olsun,dərhal qoşulun və etməkdə olduğunu edin”. (Tirmizi)

Səcdədə qolları yerə qoymaq- Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Sizlərdən biri səcdə etdiyi zaman əllərini itin döşədiyi kimi döşəməsin, budlarını bitişdirsin”. (Əbu Davud: 2/48)
Səcdədə əlləri və ya ayaqları qaldırmaq və ya alnın, və yaxud burnun göydə qalması- Abdullah ibn Abbas deyir: “Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Yeddi sümük (bir rəvayətdə yedi üzv) üzərində səcdə etməklə əmr olundum. Bunlar; alın – burnuna da əliylə işarə etdi, (Beləcə burun-alın bir sayıldı), iki əl, iki diz və iki ayağın kənarları (barmaq uclarıdır). Bir də geyim və saçlarımızı toplamamaqla (əmr olunduq)”. (Buxari: 133-134)
Sütrə (əngəl) qoymadan namaz qılmaq- Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Sizdən kimsə namaz qıldığı zaman önünə bir şey qoysun. Heç bir şey tapa bilməsə bir çubuq dikəltsin. Çubuq da yoxdursa, önünə bir xətt çəksin, bundan sonra önündən nə keçərsə keçsin, ona zərər verməz”. (İbn Məcə: 36, Əhməd: 2/ 249, 255, 266, Əbu Davud)

Namaz qılanın önündən keçmək- Əbu Cuheym demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Namaz qılanın önündən keçən kimsə üzərinə nə qədər günah aldığını bilsəydi, onun önündən keçməkdənsə qırx (zaman vahidi) yerində durmağı daha xeyirli görərdi”. (Ravi Malik ibn Ənəs demişdir: “Əbu`n-Nadr qırx günmü, yaxud aymı, yaxud ilmi dedi bilmədim)
Camaata yetişmək üçün məscidə qaçmaq- Namaza gələcəyiniz zaman yeriyərək (normal adımlarla) gəlin. Sükunət və təmkini əldən verməyin. Yetişdiyiniz qədərini (imamla) qılar, çatmadığınız hissəsini tamamlayarsınız”. (Buxari: 21, Müslim: 154)
İmam ilə yarışmaq və ya onunla hərəkət etmək- Əbu Hüreyrə radıyallahu anhudan rəvayət edildiyinə görə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Sizdən biriniz, imamdan öncə başını (rüku və ya səcdədən) qaldırdığı zaman, Allah`ın onun başını eşşək başına və ya surətini eşşək surətinə çevirməsindən qorxmurmu?” (Buxari: 53, Müslim: 114-116, Tirmizi: 56)
Namazları sürətlə qılıb rükünlərin haqqını verməmək- “İnsanların oğurluq etməkdə ən öndə olanı, öz namazından oğurlayan kimsədir”. “Ey Allah`ın Rəsulu! Bir şəxs namazından necə oğurluq edər?” – deyə soruşdular. O buyurdu: “Rukusunu və səcdəsini tam etməz. Bu namazdan oğurlamaqdır. İnsanların ən xəsisi də salam (verib-almaq) da xəsis davranandır”. (Müsnəd: 3/70)

Namazda sağa-sola baxmaq- Aişə radıyallahu anhə demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləmdən namazda başı sağa sola çevirməyin hökmünü soruşdum. O buyurdu: “Bu, qulun namazından bir miqdarını şeytanın qapıb aşırmasıdır”. Buxari: 93, Əbu Davud: 161, Tirmizi: 5) Hədisdə nəzərdə tutulan məna qiyamda olarkən ətrafa baxmaqdır, namazı bitirərkən sağa və sola verilən salamlar bura aid deyildir. Çünki Peyğəmbər salləllahu əleyhi və səlləmin namazı sağa və sola salam verməklə bitirdiyinə dair səhih hədislər mövcuddur.
   
Qaynaq: yenisoz.com.tr
 
 
 
 
 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.