Kişilər

Bizlər necə fəxr eyliyək ki, var kişilərimiz?

Dünyayə salıb meylini aşkar kişilərimiz.

 

Vardır gələcək planlar ömrün hər ilində,

''Dünyam gözəl olsun'' sözü əzbərdi dilində,

Hər cəhdlə, dəqiqliklə, mükəmməl şəkilində,

Qurmaqdadı dünyasını me'mar kişilərimiz.

 

Çox müsəlmana zülm edilərkən aşikardan,

Bir xeyli müsəlman bunu seyr edir kənardan,

Az qalır şəhidlər dirilib desin məzardan:

''Heç zərrə qədər eyləmirmi ar kişilərimiz?''

 

Islamda müsəlmana məhəbbət soyudulmuş,

Qardaşdan olan qardaşa yardım unudulmuş.

Məzlumdan axan göz yaşı hətta qurudulmuş,

Etməzdi əzəllər belə rəftar kişilərimiz.

 

Küfr əhli edir müsəlmanın yurdunu işğal,

Haqsız yerə qanlar axıdır bir sürü çaqqal,

Gördükdə bucür halları, nəyçün bəs olub lal,

Çəkmirmi ürəklərdə intizar kişilərimiz?

 

Vermiş Böyük Allah qadını kişiyə əmanət,

Əfsus qadına çıxmadı sahib bizim ümmət.

Gördükdə ki, kişilərimiz edir əhdə xəyanət,

Gəlmir ki, dilim söyləyə təkrar ''kişilərimiz''.

 

Zənnimcə yox səhabəyə imanda bərabər,

Çünki Rasulullah olubdur onlara rəhbər,

Eyniylə o cür olmasa da, onlara bənzər,

Var az da olsa mühacir-ənsar kişilərimiz.

 

Ahzab su'rəsi yirmi üçdən xüsusi qeyidlər:

Vardır kişilərdən neçəsi, oldu şəhidlər,

Hətta şəhid olmaq ümidiylə var igidlər,

Kaş olaydı ol kişilərə oxşar kişilərimiz.

 

Sözlər dənizində gəmimiz sahilə gəldi,

Yəni ki, şeir bitdi, axır mənzilə gəldi,

Mən yazmaz idim bunları, qəlbim dilə gəldi,

Yazmağım üçün eylədi vadar kişilərimiz.

 

AbdulHayy

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.