Oxu

Oxu Quranı, əməl eylə, hidayətdi Quran.

Çünki hər kəlməsi mənadan ibarətdi Quran.

 

Ey müsəlman bunu dərk eylə Quran Haqq sözüdür.

Bunu Cəbrayıl ilə vəhy edən Allah Özüdür.

Yazılıb Casiyədə hətta bəsirət gözüdür.

Doğru yol göstərəndi, düz istiqamətdi Quran.

 

Allah'ın Rəsulu(s.a.s) söyləyibdi hikmətli kəlam,

Quran öyrənən, öyrədəndi ən xeyirli adam,

Oxuyarkən Qurani tələffüz et aram-aram,

Xoş avaz ilə dalğalanan tilavətdi Quran.

 

Hər əlif-ləm hərifi qazandırır 10 savabı,

Bu böyük mərhəmətdi uzaqlaşdırar əzabı,

Hər kim ixlasli ikən çox oxuyarsa kitabı,

Məhşərdə həmin kəsdən ötrü şəfaətdi Quran.

 

Gedib axtarsan əgər sən Quranın təfsirini,

Sünnətdə izahı var tamamlayır bir-birini,

Sanki təşkil eyliyirlər İslamın zəncirini,

Sünnətlə açıqlanan birbaşa vəhdətdi Quran.

 

Keçmişin bizlər üçün sədasıdır gəlib çatıb.

Xəstələnmiş ürəyin şəfasıdır gəlib çatıb.

14 yüzilliyin mirasıdır gəlib çatıb.

Bizə Peyğəmbərimizdən(s.a.s) bir əmanətdi Quran.

 

Bir zamanlar qopupdu güclü tufan, möcüzədir.

Dəniz də ikiyə parçalınıb asan, möcüzədir.

Bir adi əsa dönüb olub ilan, möcüzədir.

Allahın qüdrətinə aşkar əlamətdi Quran.

 

Oxuyarsa Quranı kim sevərək ləzzət alar.

Bu dünya imtahandır axirətdə qiymət alar.

Dərk edib ağıllılar sözlərindən ibrət alar.

Ağıllı kəslər üçün Cənnətə dəvətdi Quran.

 

Quran alimləri çox düşünməyə vadar edib,

Bir xeyli müəmmanı qabaqcadan izhar edib.

Amma ki, elm bunu indi indi aşkar edib.

Həyatın sirlərini bizlərə öyrətdi Quran.

 

Muhəmməd Cureyc

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.