Qəlbimlə etdiyim söhbət


Gözümdə çoxalan göz yaşlarım var,
Bu gözlər, bu ürək günahkar,ağlar..
Dayanmaz qəlbimin qəmi,kədəri,
Çoxunun qəlbindən yoxdur xəbəri.
Qəlbimlə bir gecə eylədim söhbət,
Deyir ki, edirəm burda qiyamət.
Axı nə olacaq ümmətin halı?
Pozular sonunda onun əhvalı.
Müsəlman dinindən maraqlanırmı?
Orucu tuturmu, namaz qılırmı?
Vaxtım yox deyir ki qəlbim təmizdir,
Bu hansı ayədir, hansı hədisdir?
Yazılıb Quranda qılasız namaz,
Əmr edir bu Quran - oxumur bir az!
Amma ki, nə fayda bax bu ümmətə,
Qoşulmur əshaba və əhli-beytə..
Üzlərdə əhvallar olsa da xoşbəxt,
Qəlbləri ağlayır, ruhları bədbəxt.
Ürəyim bunları deyərkən o an,
Sanki gözlərimdə ağlayır zaman.
Bir ürək bu qədər acı çəkərmi?
Bir ürək bunları heç düşünərmi?
Bax bu suallarda üzərkən fikrim,
Mənə bax; - son dəfə səsləndi qəlbim:
Zənn etmə sahibim sənsən, a Kamran,
Allahdır sahibim - anla müsəlman!
Mənim də bir zaman bitəcək işim,
Qoyma əzablarla bitə vərdişim!
Barı, ay Kamran, sən eşit məni,
Əzab səsləməsin qoy heç vaxt səni.
Dediyim sözləri bir kənara yaz,
Sonra bu ümmət də oxusun az-az.
Deyib sözlərini ürəyim mənə,
O davam eylədi işinə yenə.
Dediyi sözləri nəzərə aldım,
Qəlbimin dediyin kitaba yazdım.

Kamran Karani

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.