Bir ananın övladlarına müraciəti

Üst-başımdan xoşagәlmәz qoxular duyarsınızsa, mәni danlamayın, uşaqkәn sizi geyindirdiyimi, sizin hәr zaman tәmiz, sәliqәli olmağınıza çalışdığımı xatırlayın. Mәnim sağlam düşüncәyә uyğun olmayan hәrәkәtlәrimi görsəniz, mәnә gülmәyin, mәnim düşünәn beynim, görәn gözüm olun, mәnә kömәk edin. Siz mәnә düzü-sәhvi necә göstәrә bilәrsiniz? Axı sizi böyüdüb tәrbiyә edәn, sizә bu dünyada yaşamağın yolunu göstәrәn mәn olmuşam... Vә sizә Qiyamәt günü barәdә danışan da mәn idim... Mәnimlә söhbәt edәrkәn, mәnim asta, lәng danışığımdan, lәng düşünmәyimdәn, çәtin qavramağımdan, zәif yaddaşımdan yorulmayın, lütfәn, axı indi mәnim yeganә xoşbәxtliyim
sizin yanımda olub, mәnimlә danışmağınızdır.

     Ayaqlarım taqәtsiz olub, hәrәkәt etmәyimi çәtinlәşdirәrsә, mәnә qarşı hәlim olun. Axı siz ayaqda möhkәm dayanana kimi daim әlinizdәn tutub, sizә yerimәyi öyrәdәn mәn olmuşam. Vә mәnim o vәziyyәtimdә әlimdәn tutarkәn әsla utanc hissi keçirmәyin, çünki bir gün siz dә әlinizdәn tutacaq birini axtaracaqsınız. Bilin ki, mәn artıq sizin kimi hәyata doğru deyil, әksinә, hәyatdan ölümә, qәbir evinә doğru irәlilәyirәm. Ölümdәn qorxmuram, onu gözlәyirәm, ona görә dә mәnim yanımda olun, mәnә qarşı deyil. Hansısa sәhvimi xatırlasanız, bilin ki, mәn heç vaxt sizә xoşbәxtlikdәn savayı bir şey dilәmәmişәm. İndi mәnim üçün edә bilәcәyiniz әn böyük yaxşılıq qüsurlarımı bağışlamağınız, nöqsanlarımı gizlәtmәyiniz olar. Allah da sizin günahlarınızı bağışlasın, nöqsanlarınızı gizli saxlasın! Sizin tәbәssümünüz, gülüşünüz, hәmişә olduğu kimi, indi dә mәnә dünyaları bәxş edir. Mәni özünüzdәn, bu sәadәtdәn mәhrum etmәyin, nә olar. Siz doğularkәn, mәn sizinlә olmuşam, mәn öldüyümdә dә siz mәnimlә olun, mәni o biri dünyaya, son mәnzilimә yola salın.”

      Bütün bu deyilənlər əslində hər birimizin həyatında ola biləcək durumdur. İslam bizə valideyn qayğısına qalmağı xüsusilə tövsiyyə edir və Allah`ın rızasını valideyn rızasında görür. Quran-Kərimdə Allah təalə buyurur:

“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik” (Loğman 14). 

Allah Rəsulu salləllahu əleyhi və səlləm isə belə buyurur: “Allah’ın rızası, ana və atanın rızasındadır. Allah’ın qəzəbı ana və atanın qəzəbindədir.” (Tirmizi/Birr 3).

İslam valideyn qayğısını həm onlara qarşı təbii borcumuz olduğunu bildirir, həm də Cənnəti qazana bilməmiz üçün böyük bir şans kimi təqdim edir. Bir hədisdə deyilir: “Ana-atası, yanında qocaldığı halda, [rızalarını ala bilməyib] Cənnəti qazana bilməyənin burnu sürtülsün”(Tirmizi)

Eyni zamanda Onlara yaxşılıq etmək və onların xoş dualarını almaqla insanın həyatı gözəlləşər, ruzi-bərəkəti artar. Bir hədisdə deyilir: “Ana-atasına yaxşılıq edənin ömrü uzun, ruzisi bərəkətli olar. (İmam Əhməd)

Digər bir hədisdə isə deyilir: “Ana-atanıza ehsan etsəniz (yaxşı davransanız), uşaqlarını da sizə ehsan edər”. (Təbərani)
Valideynlərimizə daim yaxşılıq etmək ümidiylə...

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.