Skip to main content


Mışıl- mışıl


Yenə yatmaqdadı qafil camaat mışıl-mışıl,
Davam etməkdədi onlarçün həyat mışıl-mışıl.
 
Oyaqkən alınmıyır qurmaq islam ölkəsini,
Yat ki, röyada bəlkə arzuva çat mışıl-mışıl.
 
O qədər yatmısankı, key kimisən, yox xəbərin,
Gəzir üstündə böcək, həm həşərat mışıl-mışıl
 
Zülm altında əzab çəkən müsəlmanı görüb,
Heç yatarlarmı iyirmidört saat mışıl-mışıl?
 
Lənətullah eyliyir Şama hücumlar, sən isə,
Xorulda asta-asta, rahat-rahat, mışıl-mışıl.
 
Var iman əhli oyaq yardım edir, əl uzadır,
Sən isə uzan ayaqlarıvı uzat mışıl-mışıl.
 
Hər kəsin özünə görə var ehtiyac, təlabatı,
Deyəsən yatmağa çoxdur təlabat mışıl-mışıl.
 
Vay o gündən ki, ölüm mələyi gələ yatağıva,
Yatdığın yerdə eyliyəsən vəfat mışıl-mışıl.
 
Ol səbəbdən, əziyət çək və çalış ümmət üçün,
Köçəndə qəbr evinə, nur ilə yat, mışıl-mışıl
 
 
Muhəmməd Cüreyc