Sual 5: Allah hər gecə dünya səmasına necə nazil olur?

Bu hədisin mənası nədir və hədisdəki “Rəbb`imiz nazil olur” sözü nə deməkdir?

Bu suala Şeyx Muhəmməd Üseymin belə cavab vermişdir:

“Bu hədis əzəmətli bir hədisdir. Bəzi alimlər hədisin mütəvatir olduğunu deyiblər və bu rəvayətin məşhur bir rəvayətdir. Bu hədisdə böyük faydalar olduğuna görə, Şeyxul-İslam İbn Teymiyyə onu ayrica bir kitabda şərh edib. Hədisdəki “Rəbb`imiz nazil olur” ifadəsini əsas tutaraq Allah təalanın nazil olmasının sübutu olduğunu deyə bilərik. “Nazil olmaq” Allah`ın feli sifətlərindəndir. Çünki, nazil olmaq feldir. Bu “nazil olmaq”, həqiqətən, Allah`ın özünün nazil olmasıdır. Cünki Allah Rəsulu salləllahu əleyhi və səlləm “nazil olmağı” Allah`a aid etmişdir. Biz bilirik ki, Peyğəmbər salləllahu əleyhi və səlləm insanlar arasında Allah`ı ən yaxşı tanıyan idi və onu da bilirik ki, o xalqın ən fəsih və təmiz danışanı, xalqa xəbəri doğru çatdıranıdır. Onun sözlərində yalandan bir şey yoxdur. Allah Rəsulu salləllahu əleyhi və səlləmin Allah`ın adlarında, sifətlərində, fellərində və hökmlərində olmayan bir şeyi deməsi mümkün deyil. Allah təala buyurur: “Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qopardardıq!”. (Həqqa 44-46)

Bilirik ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm xalqın ən yaxşı nəsihət verənidir. Xalqdan heç kim xalqa nəsihət verməkdə onunla bərabər deyil. Həmçinin aydındır ki, onun bəndələrdən istədiyi hidayətdən başqa bir şey deyil. Bütün nəsihətlərindən bu məlum olur ki, bəndələrin dəlalətə düşmələrini istəmir. O, xalqın içində Allah`ı ən yaxşı tanıyanıdır, xalqın içindən xalqa ən yaxşı nəsihət verənidir. İnsanlarla danışıqda ən fəsih və təmiz danışandır, onun insanlardan istədiyi yalnız onların hidayət olmasıdır. Əgər kimsə “Allah nazil olur” desə və bunu zahiri mənadan başqa bir mənaya aid etsə, o şəxs Peyğəmbəri elmsizlikdə ittiham etmiş olur. Məsələn əgər desə ki, məqsəd əmri ilə nazil olmaqdır, cavabında biz ona deyərik: “Sən Allah`ı Onun Rəsulundan yaxşımı tanıyırsan?! Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Rəbb`imiz nazil olur”, sən isə deyirsən: “Rəbb`imizin əmri nazil olur”. Sən daha yaxşı bilinsən ya Peyğəmbər salləllahu əleyhi və səlləm?! Yaxud ona töhmət vurursan ki, Peyğəmbər salləllahu əleyhi və səlləm xalqın nəsihət olunmasını istəməyib, çünki onlarla üstü örtülü danışıb, bu sözü deyərkən başqa bir şeyi nəzərdə tutmuşdur. Aydındır ki, bir insan camaata bir şeyi desə, amma fikri başqa bir şey olsa, bu camaata nəsihət edilməsi kimi sayıla bilməz...”

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.