Yeriyən şəhid- Talha bin Ubeydullah
İslamdan öncəki həyatı
Teymoğullarındandır – bu qəbilə Məkkədə qan davalarında hakimlik edir. Əbubəkr r.a da bu qəbilədəndir. Atası Ubeydullah bin Osman islamı tanımadan vəfat edir. Anası Sadə bint Abdullah əl Hadrəmi . Sabə əvvəl Əbu Süfyan ilə evli olub sonra Ubeydullah ilə evlənib və Talha dünyaya gəlib Talha- akasiya ağacı deməkdir. Peyğəmbərimizdən 20 yaş kiçikdir. İman edərkən 20 yaşında idi . Məkkədə həm oxuma həm yazma bilənlərdən biridir. Çox bacarıqlı bir tacir idi . “Xeyirli Talha” və başqa ləqəbləri vardır, lakin ən məşhur ləqəbi “yeriyən şəhiddir” .
İman etməsi :
Peyğəmbərimizə ilk vəhy gələn zaman, o Məkkədən kənarda ticarətlə məşğul olur. Bazarda bir rahibin qışqıraraq “Haram (Məkkə) bölgəsindən gələn varmı , Haram (Məkkə) bölgəsindən gələn varmı? deyə soruşduğunu eşidir və “bəli mən varam“ deyə cavab verir. Bundan sonra rahib son nəbi Əhməd (Onların kitabında elə keçir) gəlibmi?, deyə soruşur. Talha bin Ubeydullah əvvəlcə onun nə dediyin anlamır. Rahib “son nəbi gələcək və qövmü ona əziyyət edəcək” deyir, “qətiyyən onu tək qoyma” deyə Talhaya bildirir . Talha Məkkəyə qayıtdıqdan sonra anasından o Məkkədə olmayan zaman qəribə hadisə baş verib vermədiyini soruşur. Anası: “hə baş verib, Abdulmuttalibin yetimi çıxıb peyğəmbər olduğunu deyib” deyə cavab verir. Talha anasından ona kimin inandığını soruşanda anası “kim olacaq sənin əminoğlun Əbubəkr və onun ailəsi“ deyir. Bu cavabı eşidən Talha çox sevinir və Əbubəkr ilə görüşür, daha sonra Əbubəkr onu peyğəmbərimiz s.a.s ilə görüşdürür və o da iman edir. Əbubəkr özü cümə günü iman etmiş bazar günü Talhanı islama dəvət etmişdir .
İslamdan sonrakı həyatı
İslamı qəbul etdikdən sonra anası və qohumları ilə münasibətləri pisləşir və ona işkəncələr edilməyə başlanır. O dönəmdə yaşamış Məsud bin İxrac rəvayət edir ki, bir gün səfa və mərvə arasında oturarkən bir qrup insanın gəldiyini gördüm. Onların önündə qolları boynunda bağlı bir gənc onun arxasında əlində qamçılarla ona vuran insanlar, onların da arxasında bir qadın var idi. Həmin əlləri bağlı oğlan Talha, arxadan ona vuran gənclər qohumları, onların arxasından “ Vurun , vurun “ deyən qadının Talhanın anası olduğunu gördüm. Gənclər Talhaya vurur, o isə ancaq “Lə iləhə ilallah” deyirdi. Bir gün Məkkədə yaşayan Nofəl bin Hüveylid ismindəki çox zalım və güclü bir döyüşçü Talha və Hz Əbubəkri kəndirlə qarın-qarına bir-birinə bağlıyır və qızmar günün altına atır. Eyni əməli başqa vaxt Osman bin Talha edir və gedin Allahınız sizə yardım etsin və namazı qılın, deyərək onları günəşin altında tərk edib gedir. Geri döndükdə onların kəndirdən azad, rahat vəziyyətdə namaz qıldığını görür və qısa bir müddət sonra iman edir .
Bədr döyüşü
Talha bin Ubeydullah ilə Səid bin Zeyd peyğəmbərimizə kəşfiyyat məlumatları gətirən iki səhabə olmuşdurlar. Əbu Sufyanın karvanın keçməsini görüb və xəbər vermək üçün peyğəmbərimiz tərəfindən Havra deyilən yerə göndərilmiş, lakin karvanın istiqaməti dəyişdiyindən orada gözləmiş və Bədr savaşına qatıla bilməmişdilər (döyüş olduğundan xəbərsiz olmuşdurlar) geri qayıtdıqda döyüş olduğunu görüb çox peşman olmuş, lakin peyğəmbərimiz onların müsəlmanların işi üçün orda olduğunu söyləmiş və onlara da qənimətdən pay vermişdir. Onlar da bədr əhzabından sayılmışdılar.
Uhud döyüşü
Peyğəmbərimiz s.a.s Uhud döyüşündə Talha haqqında “sağıma baxdım Cəbrayılı, soluma baxdım Talhanı“ gördüm demişdir. Əbu Amr deyilən münafiq döyüş meydanına müsəlmanların düşməsi üçün çuxurlar qazdırır və döyüş əsnasında peyğəmbərimiz s.a.s o çuxurlardan birinə düşür. Münafiqlər tez o çuxura hücum edib oranı ox atəşinə tuturlar. Tahla özünü peyğəmbərimizə qalxan edir və “canım canına, qanım qanına fəda olsun ya rəsulallah” deyir. Müsəlmanların peyğəmbərimizi qoruduqlarını görən müşriklər çuxurun başından ayrılır, bu anda onların içərisindən Malik ibn Zürarə adlı müşrik peyğəmbərimizi hədəf alıb ox atır, Talha bunu görüb əlini peyğəmbərimizə tərəfə uzadır və bir neçə barmağını itirir. Talha döyüşdə çox qan itkisindən huşun itirir. Hz Əbubəkr onu ayıldır, ayılan zaman ilk cümləsi “ Rəsulallah necədir?” olur. Ayılandan sonra peyğəmbərimizin qoluna girərək ona döyüş meydanından Uhud dağına qədər yoldaşlıq və kömək etmişdir. Uhud dağına çatanda peyğəmbərimizin qarşısına bir qaya çıxır, onun üzərinə çıxıb dincəlmək istəyir, lakin yaralardan taqəti olmur. Bunu görən Talha Rəsulallahın qarşısında əyilir və onun üstünə basaraq çıxmasını xahiş edir. Bu anda Rəsulallah: “Talhaya cənnət vacib oldu“ deyir .
Vəfatı
Cəməl döyüşündə Zübeyr bin Avvam və Talha bin Ubeydullah Hz Əliyə qarşı döyüşən ordunun içərisində olurlar. Döyüşün ortasında Zübeyr bin Avvam Hz Əliyə qarşı döyüşün haqsız olduğunu anlayaraq döyüşü tərk edir, lakin bunu görən fitnə salanlar onu şəhid edirlər. Döyüş zamanı Hz Əli Talhanı tapır onunla danışır, bu döyüşü saxlamaq, qardaş qanının qarşısını almaq lazım olduğunu deyir. Talha bin Ubeydullah Hz Əli ilə razılaşır, döyüşü dayandırmaq qərarına gəlir. Bunu görən Hakəm bin Mərvan isimli fitnəçi onu dizindən zəhərli nizə ilə vuraraq yaralayır. Yaralı halda gözü Hz Əlinin axtarır, amma görə bilmir və Hz Əlinin əsgərini görür və ona: Əliyə de ki: “Talha ona olan beyətini yenilədi, ona yenidən beyət etdi”. Daha sonra şəhid olur. Əsgəri Hz Əliyə bu xəbəri gərtirəndən sonra Hz Əli Hz Həsən ilə birgə gəlib Talhanın cansız bədənini tapır və onu qucaqlayaraq oradan çıxardır, sonra özü şəxsən dəfn edir .