Skip to main content


Bir ədalət timsalı- Ömər r.a

İslamdan öncəki həyatı

Ata tərəfdən Adiyoğullarındandır . Ana tərəfdən Mahzumoğullarındandır. Əbu Cəhil Hz Ömərin dayısıdır . Peyğəmbərimizə ilk vəhy gəldikdə Hz Ömər 27 yaşında idi və 33 yaşında iman etmişdir. 6 il cahil həyatı yaşamışdır . Peyğəmbərimizdən 13 yaş kiçikdir .

İman etməsi :

Peyğəmbərimiz dua edərək “ Ya Allah, iki Ömərdin birini mənə ver “ deyə dua etmişdir. Bu Ömərlərdən biri Ömər bin Xattab digəri isə Amr bin Hişam yəni Əbu Cəhldir. Peyğəmbərimizin bu iki Ömərdən birini istəməsinin səbəbi bu insanların cahil belə olsalar yollarında səmimi olmalarıdır. Bir gün Darul Nəvədə müşriklər peyğəmbərimiz s.a.s əleyhinə qərarlar düşünür və birdən Ömər: “ niyə bu qədər çox düşünürsünüz mənə onun yerini deyin gedim öldürüm“ deyir və qılıncını götürüb oradan çıxır. Hz Ömər peyğəmbərimizi öldürməyə gedən zaman yolda qarşısına Nuaym Bin Abdullah adlı qohumu çıxır və ona bacısının və onun ərinin iman etdiyini deyərək onu yolundan döndərir . Hz Ömər yoldan bacısının evinə yollanır. Evə yaxınlaşan zaman evdən Taha surəsinin ayələrini eşidir. Hz Ömər Səidi və bacısını vurur, hər ikisinin üzü qanıyır. Bunu görəndə Ömərin ürəyi yumşalır və onlardan nə oxuduqlarını soruşur. Bacısı Fatma bint Xattab onun Quran yazılı vərəqlərə zərər vuracağından qorxur, lakin Ömər zərər vurmayacağına söz verir. Bacısı ondan yuyunub təmizlənməyini və sonra oxumağını tələb edir. Fatma bin Xattaba və yoldaşı Səid bin Zeydə Quran öyrətmək üçün gələn Habab bin Ərət Ömərə peyğəmbərimizin onun üçün dua etdiyini eşitdiyini deyir. Ömər ondan onu peyğəmbərimizin yanına aparmasını istəyir. Hz Ömər Darul Ərkama gəldikdə Bilal içəri qaçaraq Ömərin gəldiyini xəbər verir, bu zaman içərdə olan Hz Həmzə: “gəlsin, o Ömərdisə məndə Həmzəyəm“ deyir. Ömər içəri girdikdə peyğəmbərimiz s.a.s onun yaxasından tutub: “Ey Ömər Əbu Ləhəb kimi Quranda haqqından ayəmi gəlməsini istəyirsən, artıq iman etməyəcəksənmi deyir?“ və onu silkələyir. O anda Hz Ömər iman edir. Hz Ömərin iman etməsindən sonra Məkkədə islamın açıq dəvəti başlayır  .

İslamdan sonrakı həyatı

Hicrət

Hər kəs Mədinəyə gizli hicrət edərkən Hz Ömər zəif müsəlmanları da götürərək açıq aydın hicrət edir və “kim uşaqlarını yetim, yoldaşını dul və ata , anasını balasız qoymaq istəyirsə, qabağıma çıxsın, mənə mane olsun” deyərək hicrət edir.

Xəlifə seçimi

Hz Əbubəkr ömrünün sonlarında Abdurrahman və Osmanı yanına çağıraraq “Öməri necə tanıyırsınız?” deyə soruşur və onlar da yaxşı tanıdıqların deyir. Əbubəkr r.a “Hz Osmana yaz, ey Osman, məndən sonra xəlifə Ömərdir. Talha ibn Ubeydullah Əbubəkrin yanına gəlib
“Ey Əbubəkr, Ömər hirslənəndə istədiyinin başını uçurar”  deyir, Əbubəkr r.a: “ Siz Öməri tanımamısınız, Ömər mən yumşaq olduğum üçün sərtdi, mən sərt olsaydım, o yumşaq olardı” deyə cavab verir .

Hz Ömərin ədaləti

Bir gün Mədinəli gənclər Hz Ömərin yanına gəlib ona qızların və qadınların mehir pulunu çox yüksək istədikləri barədə şikayət edirlər. Ömər r.a xütbədə xanımların mehir pulunu azaltmaqlarını istədikdə cammatdan qoca bir xanım: “ey Ömər, sən Quranın bizə verdiyi haqqı bizdən  almaqmı istəyirsən?” deyir. Ömər r.a dediyi sözdən peşman olub, Ey Ömər dinini bir qoca qadın qədər bilmirsən, deyir və dediyi sözü geri götürür.

Bir gün Ömər r.a xütbədə: “Ey insanlar Allaha sözünü eşidin və Ömərə itaət edin” deyir. Cammatdan bir nəfər: “Allahın sözünü eşidərik, amma Ömərə itaət etmərik” deyir. Ömər r.a səbəbin soruşduqda, “qənimət mallarını payladın, biz hərəmiz yarım cütbə aldıq, bəs sən tam cütbəni hardan aldın?” deyir. Hz Ömər oğlu Abdullahı çağırır oğlu: “atamla mənə hərəmizə yarım cütbə düşmüşdü, mən də dedim qoy heç olmasa atam tam geyinsin, öz payımı atama verdim.” Bundan sonra insanlar^ “Ömərə də itaət var” deyir .

Vəfatı

Ömər r.a ölməmişdən əvvəl qızı Hafsaya bir kölə tərəfindən öldürüləcəyini deyir. Qızı onun bunu hardan bildiyini deyəndə, Ömər: “Bir gün Rəsulallah, Əbubəkr, Osman, mən Uhudun üstündə idik, birdən dağ sirkələndi, Rəsulallah: “Ey Uhud, sakit dur, sənin üzərində bir nəbi, bir sıddıq , iki şəhid var dedi. Osmanla mənə şəhadət düşdü deyir. Sübh namazında məcusi kölə Furiz Öməri arxadan zəhərli xəncərlə bir neçə dəfə vurur və qaçarkən səhabələrdən bir neçəsini öldürür və yaralayır. Tutulacağını anladıqda özünü xəncərlə öldürür. Hz Ömər ölməzdən əvvəl oğlu Abdurrahman və qızı Hafsanı yanına çağırır və onlara borcları olduğunu, o öldükdən sonra evini satıb borclarını ödəmələrini istəyir.