Skip to main content


Ramazan ayının dəyərini uşaqlara aşılamağın 10 müxtəlif yolu

 Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş hər hansı vərdiş bir günlük işin nəticəsi deyil. Əksinə, uzun zamanın və müəyyən bir enerjinin nəticəsidir. Hal-hazırda davamlı olaraq etdiyimiz bir davranışın kökü 2-3 yaş arasıdankı dövrə və ya keçmişimizdəki uzun bir müddətə dayana bilər.Bu vərdişlər, yatarkən yastığa sarılmaq, hər loxmadan sonra bir qurtum su içmək və ya günə Quran oxumaqla başlamaq ola bilər. Vərdişlərin siyahısı lazımsız və sonsuz görünə bilər, lakin təəccüblüdür ki, onlar həyatımızın ayrılmaz hissəsinə çevrilirlər. Onlar bizim şüuraltımızda saxlanılır və çox vaxt çox səy göstərmədən qeyri-ixtiyari hərəkətə keçirlər. Çünki onlar çox gənc yaşlarımızdan içimizdə kök salıblar.Məhsuldar bir vərdiş, dəyər və ideyaların daimi bir motivasiya və qiymətləndirmə ilə birlikdə xüsusi olaraq əkilməsinin nəticəsidir - meyvəli sulu yaşıl ağaclar kimi. Dərin kökləri, hündür yaşıl tumurcuqları, möhkəm gövdəsi, möhkəm lifləri və altında oturanı sərinlədən və dincəldən kölgəsi, sulu və bol yaşıl yarpaqları olan ağac, şübhəsiz ki, bağbanın diqqətlə toxumu əkməsi, onları daim sulaması, alaq otlarını təmizləməsi, gübrələməsi və bitki yetişdirmək üçün lazımlı olan hər işin görülməsinin nəticəsidir.Eyni metodu uşaqların tərbiyəsində də tətbiq etmək olar. Tarix göstərir ki, peyğəmbərlərin əksəriyyəti özlərindən əvvəlki peyğəmbərlərin təhsil və tərbiyəsinin yetişdirməsidir, məsələn, keçmiş Peyğəmbərlərin verdiyi ilahi və mənəvi tərbiyə onlardan sonra gələnlər üçün kifayət qədər təsirli olmuşdur.Peyğəmbərimizin səhabələrində və onların övladlarında gördüyümüz əsl İslam ruhu onların valideynlərindən aldıqları tərbiyənin bəhrəsidir. İslam tarixinin böyük alimləri də çox gənc yaşlarından ailələri tərəfindən yetişdirilmişlər. Rəsulullah sallallahu aleyhi və səlləm dedi: Heç bir ata övladına gözəl əxlaqdan daha yaxşı hədiyyə verməmişdir.” (Tirmizi, Birr, 33) 


Tez başlayın

Övladının yaxşı müsəlman olmasını istəyən valideynlər uşaqlıqdan övladlarının qəlbinə İman və İslam toxumlarını əkməlidirlərbu, kortəbii və asan proses deyil.Valideynlərin övladlarının həyatlarının ilk illərində heç bir səy göstərmədikdən sonra övladlarının yetişkin olduqları vaxtlarında möcüzəvi şəkildə çox yaxşı bir müsəlmana çevrilmələrini gözləmələri ağılsızlıq olardı. Sonradan isə xəyallar köpüyü partlayacaq və sona ancaq kədər və hüzn qalacaq... Məqsədinə çatmaq üçün yola çıxmaqa indi başlamaq lazımdır. Ramazan ayının başlanğıcı isə yola çıxacaq ailələr üçün böyük bir fürsətdir və həmçinin artıq İslamın fəzilətlərini övladlarının həyatına aşılamaq prosesinə başlamış ailələr üçün də ayrı bir fürsətdir.Sərt sistem, monotonluq, mühazirələr və nəzəriyyə qalıcı təsir yaratmaqa malik olmayacaq və uşaqların qəlblərini və ruhlarını cəlb etmədən müvəqqəti olaraq müəyyən ritualları yerinə yetirməsinə səbəb olacaqdır. Bu yaşda olan valideynlər Ramazan ayının dəyərini aşılamaq üçün müxtəlif yollardan yararlanmalıdırlar.Onlardan bəzilərini təqdim edirik:


1.Həyəcanlanmaq

Evinizdə xoşbəxt və canlı bir atmosfer yaradın. Uşaqlar valideynlərinin həyəcanını hiss edirlər. Valideynlər övladlarına onların həyəcan və həvəsinin səbəbini izah etməli, Ramazan ayının başlamasını səbirsizliklə gözlədiklərini söyləməlidirlər. Uşaqlar Ramazan ayının mahiyyətini hiss etməli və bu mübarək ayı qarşılamaq üçün səbirsizliklə gözləməlidirlər. Evinizi şarlar, kartlar, bannerlər və işıqlarla bəzəyin. Onları bu işə cəlb edin. Bu mübarək ayın dəyərini izah edən yazılar və dualar olan kartlar hazırlayıb sevdiklərinizə hədiyyə edə bilərsiniz.


2. Ramazan haqqında kitabları birlikdə oxuyun

Səhabələrin Ramazanı necə keçirdiklərini, bu gözəl ayın fəzilətini və hər bir əməlin necə artırılacağını və onların ən pis düşməni olan şeytanın necə zəncirləndiyini söyləyin. İnternetdə kiçik bir araşdırma ilə və ya kitabxanaya və ya kitab mağazasına baxaraq bir çox mənbə və ya ideya tapa bilərsiniz.


3. Ramazan təqviminə başlayın

İstər hazır alın, istərsə də öz xəyalınızdakı orijinal təqviminizi düzəldin. Uşağınızın imkanlarına uyğun olaraq müəyyən günlərdə Quran oxumaq, oruc tutmaq, təravihdə iştirak etmək, bir sünnəti tətbiq etmək kimi tapşırıqlar olan kağızları cibinizə qoyun. Tamamlanmış hər bir tapşırıqa görə onları cibinizdə saxladığınız kiçik hədiyyələrlə mükafatlandıra bilərsiz.

 

4. Ailənizlə birlikdə Ramazan Hədəfləriniz təyin edinRamazan bir göz qırpımında keçir, ona görə də bu aydan maksimum yararlanmaq üçün əvvəlcədən plan qurmalıyıq. Kiçik uşaqlarınızı da yanınıza alaraq birlikdə oturun və bir ailə olaraq planınızı qurun. Ailə üzvləri bir-birlərini motivasiya etməli və Ramazan ayı irəlilədikcə bir-birlərinə məqsədlərini xatırlatmalıdırlar.Ailənin ən kiçik üzvünə 3 yeni surə əzbərləmək, mənaları ilə birlikdə duaları öyrənmək və ya beş vaxt namazı vaxtında qılmaq kimi bir neçə hədəf qoymaq olar. Bütün ailə Ramazan ayında hər hansı bir pis vərdişdən əl çəkməyə qərar verə bilər və ya bir sünnətə əməl etməyə niyyətlənə bilərlər. Bütün bunlar bir plan daxilində kağıza, kartona və s. yazılıb evin görünən yerindən asılmalıdır. Məqsədlərinə uğurla çatanlar üçün xüsusi mükafatlar təyin edilə və ya sürpriz olaraq gizlədilə bilər.

 

5. Sədəqənin fərqli yolları üçün cəhd edin

Bu, uşaqlara xeyriyyəçiliyin əhəmiyyətini və sahib olduqlarını olmayanlarla bölüşməklə əldə edə biləcəkləri xoşbəxtliyi öyrətmək üçün əla fürsətdir.Bu, sadəcə olaraq pul ianəsi deyil, iftarınızı paylaşmaq kimi sadə və səmimi bir sədəqə ola bilər. Bu tapşırığı yerinə yetirmək üçün uşaqların yemək və ev işləri ilə məşğul olmasına icazə verin. Onlar da bu sadə tapşırıqları yerinə yetirə və hazırlanmış yeməkləri çatdıra bilərlər.

 

6. Günlük Bir Ramazan qrafiki  hazırlayın

Gündəlik praktik olan bu  cədvəl uşaqlara çox kömək edəcəkdir. Cədvəldə sahur, yatmaq, məktəb, Quran oxumaq, əzbərləmək və oyun vaxtı kimi maddələr olmalıdır. Axı uşaqlar yeni və yenilikçi olan hər şeyi sevirlər.


7. Ailəvi şəkildə ibadət edin

Bütün ailənin iştirak edə biləcəyi ən azı bir və ya iki namaza sahib olun, məsələn, camaatla qılacağınız təhəccüd namazı, Quranı oxuyub başa düşmək, izahlı bir hədis oxumaq və s. Uşaqlar hər gün nə öyrəndiklərini haqqında gündəlik tuta bilərlər.


8. Orijinal bayram hazırlıqları

Siz uşaqlara yaxın qohumları və dostları üçün bayram kartları hazırlamaqları üçün şərait yarada bilərsiniz. Onlar ətrafınızdakı ehtiyac sahiblərinə paylamaq üçün yemək hazırlamağa yardımçı ola bilər və ya evi bəzəməyə kömək edə bilərlər. Uşaqlar Allahın bizə bəxş etdiyi bu bayramın nemətlərindən bəhrələnməlidir - onları namaza aparmalı, ən gözəl paltarlarını geyindirməli, hədiyyələr verməlidir. Qoy bayram sevincini hiss etsinlər.


9. Məqsədi xatırlat 

Uşaqlar etdikləri tapşırıqların arxasındakı səbəbi görmürlərsə, onları yerinə yetirmək üçün kifayət qədər motivasiyaları olmayacaq. Uşaqları namaz qılmağa, oruc tutmağa və başqa xeyirxah işlərə məcbur etməkdənsə, onların arxasında duran əsl məqsədi onlara başa salın. Hər hansı fəaliyyətə başlamazdan əvvəl, istər hekayə vaxtı, istərsə də günlük vaxt qrafiki hazırlamaqdan asılı olmayaraq bunu niyə etdiyinizi aydın şəkildə izah edin. Özünüzə xatırladın ki, siz bu duaları yalnız Allah rizası üçün edirsiniz, başqa bir şey üçün deyil. Əgər ailələrindən gələn hədiyyələr onları bu qədər sevindirirsə, bildirin ki, Allah tərəfindən verilən mükafatlar onların xoşbəxtliyini daha da artırar. Məqsədləri axirətləri üçün ən yaxşı və ən böyük mükafatları almaq olmalıdır.

 

  1. Allahdan kömək diləyin

Bir kişi Rəsulullahın (ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedi:“Dəvəmin ipini boşda saxlayaraqmı Allaha təvəkkül edim, yoxsa onu bir yerə bağlayıb?” dedi. Rəsulullah sallallahu aleyhi və səlləm dedi: “Dəvəni bağla, sonra təvəkkül et”. (Tirmizi, Qiyamət, 60) Bunu nəzərə alaraq hər bir valideyn övladlarının tərbiyəsi üçün əlindən gələni etməli, eyni zamanda Allahdan kömək istəməlidir. Əlbəttə, səy göstərmək lazımdır, amma səylərin nəticəsi yalnız Allahın əlindədir.Allah övladlarımızı gözümüzün nuru, hər iki dünyada böyük nemət  etsin. Amin.Suffagah.com saytından tərcümə edilmişdir.