Peyğəmbər ad günü qeyd edibmi? -İslamda ad günü

 

Nə Peyğəmbərin (s.a.s), nə də özünün ad gününü keçirtmək icazəli deyildir. Çünki bu, dinə sonradan daxil edilmiş bidətlərdəndir. İstər bunu xüsusi mərasim halında keçirmək, istərsə də bu məqsədlə sadəcə təbrikləşmək və ya hədiyyə almaq doğru deyildir. Bunu nə Peyğəmbər (s.a.s), nə raşidi xəlifələr, nə başqa səhabələr, nə də fəzilətli əsrlərdə yaxşı işlər görməkdə növbəti 3 əsrdə onların ardınca gedənlər etməmişdir. Halbuki, onlar özlərindən sonra gələnlərə nisbətdə sünnəni daha yaxşı bilənlər, Peyğəmbəri (s.a.s) daha kamil sevgi ilə sevənlər və onun şəriətinə daha yaxşı tabe olanlar idilər.
Peyğəmbər (s.a.s) buyurmuşdur:
«Kim bizim bu işimizə (dinə) ondan olmayan bir yenilik gətirərsə, o, rədd olunar.» Yəni: özünə qaytarılar (ondan qəbul olunmaz) (Buxari, Muslim)
Mövlud bidətini ilk dəfə çıxardan Ubeyd əl-Qaddəh övladları olublar. O kəslər ki, özlərini «Fatimilər» adlandırırlar. Onlar əslində “batini” dəvətinin qurucuları hesab olunurlar. (Bax, Vafəyətul-Əayən, 3/118; əl-Bidəyə vən-Nihəyə, 11/202; Lisənul-Arab, 2/552) Fatimilər dövləti 10.cu əsrdə Misirdə ortaya çıxmışdır. Deməli Peyğəmbərin s.a.s ad günü bidəti də peyğəmbər dövründən 3-4 əsr sonra ortaya çıxmışdır. Sonradan din adına çıxmış bir şey təbii ki qəbuledilməzdir. Əslində bu həm də xristianlıqdan kopyalama bir adətdir. Xristianlar ilk dəfə Hz İsanın doğum gününü qeyd etdilər və bunu bayram kimi qeyd edib bir çox uydurma rituallar həyata keçirirlər. Sonradan öz ad günlərini də qeyd etməyə başladılar ki, bu gün bu adət bütün dünyaya yayılmışdır.
Dəyərli müsəlmanlar! Peyğəmbərə mövlud (ad günü mərasimi) keçirənlər, bunu Ona olan sevgilərindən dolayı etdiklərini iddia edirlər. Halbuki, Onu(s.a.s) sevməyin əsas əlaməti ona tabe olmaq, peygəmbərin sünnələrinə əməl etməkdir. Amma, biz bu gün mövlud keçirən insanlarda bunun əksinin şahidi oluruq. Onların çoxusu nə Peyğəmbərin hədislərinə itaət edir, nə sünnəni öyrənir, nə də sünnəyə əməl edirlər. Əksinə, sünnəyə əməl edənlərə düşmənçilik edirlər. Quran və Sünnə Peyğəmbərin yoludursa, Sünnəni tərk etmək doğrudurmu? Məgər sevimli Peyğəmbərimiz (s.a.s) buyurmamışdırmı ki: «Sizə sünnəmə sarılmağı tövsiyə edirəm!» (Əbu Davud, Tirmizi) Həmçinin, sual verilsə ki, Peyğəmbəri sevmək nə ilə olur? Cavabı bu əzəmətli Quran ayəsindədir: «De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.» (Ali İmran, 31)

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.